Kürdəmirdə mikroavtobus su kanalına düşüb

08:53 30-06-2020 | icon 370 | Hadisə
Kürdəmirdə mikroavtobus su kanalına düşüb

Kürdəmir rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Versus.Az xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Ərəbxana kəndindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, sürücü, 26 yaşlı Masallı rayon sakini İbrahimzadə Elnur Əlhüseyn oğlu “Mercedes Vito” markalı mikroavtobusla Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən idarə etməni itirib və mikroavtobus yoldan çıxaraq su kanalına aşıb.

 

Hadisə zamanı sürücü və onun sərnişinləri Bakı sakini, 23 yaşlı Abbaszadə Nəzrin Elşən qızı və Kürdəmir sakini, 22 yaşlı İbrahimov Mehman Şaban oğlu müxtəlif növ bədən xəsarətləri alıblar.

 

Onlar təcili tibbi yardımın köməkliyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. /“Report”/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ermənistanın buqələmun siyasəti

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?