ZİYALI AXTARANLARA - ÇAĞIRIŞ

10:45 30-06-2020 | icon 6672 | Kürsü
ZİYALI AXTARANLARA - ÇAĞIRIŞ

...Və zamanı gəldikdə ziyalı sözü eşidiləcək


AĞASƏF İMRANLI

 

Cəmiyyətimizin bəzi üzvləri ziyalı axtarışındadır. Axtarmağa dəyərmi? O ziyalının ki, sözü eşidilməyəcək, o ziyalı ki, titulsuz, mənsəbsiz və reytinqsizdir, ona qulaq asan, onu eşidən olacaqmı?!

 

Gəlin açıq danışaq. Azərbaycanda ziyalı varmı? Bəli, var! Amma müasir ictimai durum və kriteriyaların dəyişkənliyi səbəbindən onları tanımaq və tanıtmaq olduqca çətindir.

 

İqtidar üçün - o adam ziyalıdır ki, onun dedikləri yalanlara bər-bəzək vurub həqiqət donu geyindirirməyə çalışır və məddahlıq yarışına qoşulub kimlərisə, nələrisə tərifləməklə məşğuldur.

 

Müxalifət üçün - o adam ziyalıdır ki, iqtidardakıları pisləyir, yaxşını-yamanı qara rəngdə görür, qruplararası (partiyalararası deməyə dilim gəlmir) didişmələrdə kimlərisə söyüşlərlə “mükafatlandırmağa” cəhd edir.

 

İndiki halda əsl ziyalı o kəsdir ki, o, bütün xoş və acı həqiqətləri düzgün qiymətlənirib açıq və ya üstüörtülü yolla cəmiyyətə çatdırmağa çalışır. Bu tip ziyalılar nə iqtidara, nə də müxalifətə “qulluq” etməyi bacarmırlar. Belə bir “mühitin” yaranmasına səbəb isə mövcud iqtidardır! Nə üçün mövcud iqtidarda təmsil olunan bütün vəzifə sahibləri ya korrupsioner, ya rüşvətxor, ya da məddah olublar? Çünki, onların qarşısında qoyulan tələb “ziyalı olmaq!”-yox, “itaətkar olmaq!”-dır. Sual olunur: ziyalı rüşvət alarmı? Cavabını da deyirəm: əlbəttə yox! Bəs iqtidarda təmsil olunan elə bir vəzifə sahibi varmı ki, desinlər ki, o rüşvər almır, o korrupsiyaya qurşanmayıb, o qurduğu öz ailə-biznesi ilə məşğul deyil?! Nə qədər axtarsanız da tapa bilməzsiniz! Faktlara nəzər salın. Vəzifədən kənarlaşdırılan hansı nazir, hansı məmur (Eldar Mahmudov, Cahangir Hacıyev, Əli Həsənov, Hüseybala Bağırov, Səlim Müslümov, Albert Məhərrəmov, Əbülfəs Qarayev və onlarca başqaları) bu girdaba yuvarlanmayıb? Onların hansı birini ziyalı hesab etmək olar? Əlbəttə, heç birini! Axı, ziyalılıq təkcə savadlılıq və məşhurluq deyil, o, ilk növbədə paklıq, adillik, aqillik və insanlıqdır! Bəs hazırda mənsəbdə olanlar, onlardan fərqlidirlərmi? Əminliklə demək olar ki, əsla yox! Əgər sabah onlardan hər hansı birini vəzifəsindən uzaqlaşdırsalar, yenə də həmin faktlar üzə çıxacaq, yenə də həmin neqativ münasibətlərin şahidi olacağıq. Belə olan halda, iqtidarda ziyalı varmı?- sualının cavabı necə olar. Yəqin ki, yox! Əgər iqtidarda ziyalı yoxdursa, onlar ziyalı sözünü eşitmək istərlərmi? Bax elə bu səbəbdən də, əsl ziyalı sözünü deyənləri ləkələmək, gözdən salmaq, zindana atmaq, fiziki məhv etmək kimi “tədbirlər” ortaya çıxır! Ziyalını susdurmaq! Bax budur mahiyyət: özü ziyalı olmayan, heç bir ziyalını bəyənməz və “lazım gələrsə” onu susdurar! Reallığımızın elitar, mədəni, əxlaqi və etik anatomiyası belədir!

 

Lakin, bu da bir reallıqdır ki, cəmiyyətdə ziyalılarımız vardır və onlar öz sözlərini deyirlər! Kar qulaqlaq eşitmirsə, kor gözlər görmürsə, bu, onların öz problemləridir və zaman gəldikdə ziyalı sözü eşidiləcək!

 

PS. Bu yazı, qısa bir tezisdir, lakin çox geniş milli-mədəni əhatə dairəsinə malikdir. Gəlin birlikdə araşdıraq və zəruri addımlarımızı da birlikdə ataq!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı