Xəstəxanlarda yer çatışmazlığı GÜNDƏMDƏDİR

10:09 01-07-2020 | icon 949 | Sağlamlıq
Xəstəxanlarda yer çatışmazlığı GÜNDƏMDƏDİR

Məktəblər, şadlıq sarayları da koronaviruslu xəstələr üçün ayrılacaq?

 

Azərbaycanda COVID-19-a yoluxanların sayının artması səbəbindən xəstəxanlarda yer çatışmazlığı gündəmdədir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı da Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqlərindəki çıxışlarında xəstələnənlərin sayının çox olacağı təqdirdə, yer çatışmazlığı problemi yaşanacağını vurğulayıb.

 

Hətta iddialara görə, xəstəxanlarda yer olmayacağı halda məktəblər, şadlıq sarayları koronaviruslu xəstələr üçün ayrılacaq.

 

Versus.Az xəbər verir ki, məsələ ilə bağlı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Modern.az-a bildirib ki, bu barədə hər hansı informasiyaya malik deyil.

 

Qeyd edək ki, hazırda aşağıdakı xəstəxanlar koronaviruslu xəstələrin müayinə və müalicəsi üçün ayrılıb:

 

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu;

26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası;

Kliniki Tibbi Mərkəz;

Azərsu Tikinti Xəstəxanası;

Göyçay RMX;

Salyan RMX;

Xızı RMX;

Qusar RMX;

Ucar RMX;

Saatlı RMX;

Zərdab RMX;

Gəncə Dəmiryol Xəstəxanası.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin