Siyasi rəqiblik anlayışına yeni BAXIŞ

14:25 01-07-2020 | icon 414 | Siyasət
Siyasi rəqiblik anlayışına yeni BAXIŞ

Əlisahib Hüseynov: "Partiyaların normal fəaliyyət göstərməsi və cəmiyyətə açılması üçün münbit ortam yaradılır"

 

"Daha 3 siyasi partiyanın qeydiyyata alınmasını son günlərin ən ürəkaçan hadisələrindən biri hesab etmək olar".

 
 
Versus.Az xəbər verir ki, bu sözləri bu gün daha üç partiyanın qeydiyyata alınması ilə bağlı açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib.
 
 
 
Milli Vəhdət Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Ağ Partiyasının (əvvəlki Vahid Azərbaycan Partiyası) rəhbərlərini, üzvlərini bu partiyalara dövlət reyestrindən çıxarışların verilməsi münasibətilə təbrik edən DADP sədri müxalif və ya iqtidaryönümlü olmalarından asılı olmayaraq yenicə qeydiyyata alınmış partiyaların hər birinə siyasi fəaliyyətlərində uğurlar diləyib:
 
"Ədliyyə Nazirliyindən də bildirildiyi kimi bu addım Prezident İlham Əliyevin iradəsi ilə çoxpartiyalı sistemin inkişafının, ümumi maraqlar naminə partiyalararası dialoqun genişləndirilməsinin və bu sahədə münasibətlərin sağlam zəmində qurulmasına yönələn ardıcıl tədbirlər görülməsinin nəticəsidir.
 
Ölkəmizin siyasi sistemində təşəkkül tapmaqda olan yeni konfiqurasiya artıq öz müsbət nəticələrini verməyə başlayır. Partiyaların normal fəaliyyət göstərməsi və cəmiyyətə açılması üçün münbit ortam yaradılır. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ölkəmizin siyasi mühitinin demokratikləşdirilməsi və optimallaşdırılması istiqamətində olduqca mühüm addımlar atır. Dövlətimiz siyasi subyektlərin sağlam mübarizə aparmasına şərait və zəmin yaradır. Beləliklə, siyasi rəqiblik anlayışına yeni baxış ortaya qoyulur. Bu cür müsbət tendensiyaları əlbəttə ki, alqışlamaq lazımdır".
 
 
LƏMAN
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı