Putin Rusiya imperiyasının rekordunu təzələyir

15:20 01-07-2020 | icon 516 | Geopolitika
Putin Rusiya imperiyasının rekordunu təzələyir

Elxan Şahinoğlu: “Rusiyada idarəetmə oturuşmuş sistemə deyil şəxsi sədaqətə bağlıdır”

 

“Rusiyada bu gün Konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçirilir. Konstitusiyada bir çox dəyişiklik nəzərdə tutulub. Ancaq Rusiya və dünya ictimaiyyətini dəyişikliklərdə sadəcə bir bənd düşündürür. Həmin bənd Rusiyanın hazırki prezidenti Vladimir Putinə 2024-cü ildən sonra da Kremlə sahib olmaq imkanı verəcək. Hazırki Konstitusiyaya görə Putinin prezidentlik müddəti 2024-cü ildə bitir. Yeni Konstitisiyaya görə isə Vladimir Putin 2036-cı ilə qədər Rusiyaya başçılıq etmək imkanı verəcək”.

 

Versus.Az xəbər verir ki, bunu şərhində  “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri,politoloq Elxan Şahinoğlu bildirib.

 

Politoloqun fikrincə, Rusiyada referendum böyük ehtimalla prezident Vladimir Putinin xeyrinə nəticələnəcək və o əlavə olaraq 16 il də Kremldə oturacaq:

 

“Rusiyanın keçmiş prezidenti Boris Yeltsin Putini əvvəlcə 1999-cu ildə baş nazir, sonra isə öz yerinə təyin etdi. O illərdə Putin siyasi və ekspert dairələrində çox da tanınmırdı və onun ali kürsüdə müvəqqəti fiqur olduğu düşünülürdü. Putinin ulduzu ikinci Çeçenistan müharibəsində parladı. Çeçen mücahidlərin 1999-ci ildə Dağıstana hücum etməsi o zaman baş nazir olan Putini hərəkətə gətirdi. Putin faktiki dağılmış ordunu səfərbər edərək Dağıstanda topladı və döyüşlər nəticəsində çeçen mücahidələr Çeçenistana sıxışdırıldı. Ancaq Putinə bu az idi. O özünə gələn Rusiya ordusunun Çeçenistana hücum əmrini verdi. İkinci Çeçenistan müharibəsi xeyli dağıntılara və itkilərə səbəb oldu. Ancaq nəticədə Putin deyən oldu və Çeçenistan ram edilərək yenidən Rusiyanın tərkibinə qaytarıldı”.

 

Çeçenistanın ram edilməsinin Vladimir Putinə 2000-ci ildə prezident seçkisində qələbəni təmin etdiyini vurğulayan E.Şahinoğlu qeyd edib ki, Putin bu müddətdə prezident kürsüsünü sadəcə 4 illiyinə dostu Dmitriy Medvedyevə təhvil verdi. Buna baxmayaraq, Putin 4 illik baş nazirliyi dövründə də faktiki ölkənin sahibi sayılırdı:

 

“Misal üçün Rusiyanın 2008-ci ildə Gürcüstana qarşı müharibəsində Putinin birbaşa rolu var idi. Medvedyev zəif fiqur hesab edilirdi. Elə buna görə Medvedyev 4 ildən sonra ikinci dəfə namizədliyini irəli sürməyərək ali kürsünü dostuna qaytardı. Putin faktiki 20 ildir hakimiyyətdədir, bunun üstünə növbəti 16 il də əlavə etsək, bu 36 il olacaq. Rusiyanın və SSRİ-nin tarixində heç bir şəxs bu müddətdə hakimiyyətdə olmayıb. Putin yenə rekorda doğru irəriləmək istəyir.

Çeçenistanın rəhbəri Ramzan Kadırovun “Putin ömürlük prezident olsun” fikri yeni deyil. O bir neçə dəfə bu təklifini səsləndirib. Belə baxanda 36 il prezidentlik elə ömürlük hakimiyyətdə qalmaq deməkdir. Kadırovun açıqlamasında Rusiya üçün başqa təhlükə var. Kadırov açıqlamasında belə bir cümlə işlədib: “Rusiyada Putini əvəz edəcək şəxs yoxdur”.

Məsələyə Kadırovun məntiqi ilə yanaşsaq, bir gün Putin hansısa səbəbdən olmasa Rusiyanı böyük təhlükələr gözləyəcək. Bu yanaşma Çeçenistana da aiddir. Ramzan Kadırov Putinlə dostdur və ona tabedir. Ancaq gələcəkdə Kremldə Putin yox bir başqası otursa Kadırov ona tabe olacaqmı? Rusiyada idarəetmə oturuşmuş sistemə deyil şəxsi sədaqətə bağlıdır. Bu isə Rusiya üçün gələcəkdə böyük təhlükələr vəd edir”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin