“Müxalifət bunları ifşa edib cəmiyyətə göstərməlidir” - MÜSAHİBƏ

17:41 01-07-2020 | icon 775 | Siyasət
“Müxalifət bunları ifşa edib cəmiyyətə göstərməlidir” - MÜSAHİBƏ

Fuad Əliyev: ““5-ci kolon” olan Milli Şuranın yaradılmasında Rusiya hakimiyyət dairələrinin birbaşa rolu olub”

 

Dünyanın yeni formalaşan düzəni Azərbaycan siyasi elitasından mövcud hadisələrlə bağlı düzgün dəyərləndirmə aparmağı tələb edir. Regionun strateji dövləti olan Azərbaycana qarşı kənar və daxildən edilən təzyiqlərin qarşısının alınması siyasi partiyalardan xüsusi ayıqlıq tələb edir. Belə proqnozlar var ki, Azərbaycanın böyük nailiyyətlər əldə etməsinin qarşısını almaq və onu öz nüfuz dairələrində saxlamaq istəyən güclər daxildə islahatlar üçün əngəl olan dərin casusluq şəbəkələri yaradıblar. Bu şəbəkənin fəaliyyətini sıfırlamaq üçün müxalifət patriyalarının nə dərəcədə aktiv olması, iqtidarla dialoqun hansı səviyyədə inkişaf etməsi günün əsas mövzusu olaraq çözümünü tapmalıdır.

 

Belə bir ərəfədə müxalifətdə olan siyasi partiyaların öz fəaliyyətlərini nə dərəcədə koordinasiya etmələri və dövlət naminə əks təsirlərə qarşı nə dərəcədə səfərbər olmaları birmənalı deyil.

Bir sözlə, “problemin açarı özümüzdədir”, deyən siyasi qüvvələr cəmiyyətin böyük olması üçün böyük düşünməyi bacara bilirmi?

 

Bu və ya digər məsələlərlə bağlı Versus.az-a müsahibə verən ALDP sədri Fuad Əliyev maraqlı nüanslara toxunub.

 

“Bu gün müxalifətdə aparıcı güvvə yoxdur və”

 

- Fuad bəy, regionda cərəyan edən müxalifət camiyəsinin hazırki fəaliyyəti və bir-birinə sərgilədiyi mövqe və yenilənmələr ətrafında nələri söyləmək olar? Pandemiya siyasətçilərdən hansı  addımlar atmağı tələb edir?

 

- Məlum məsələdir ki, pandemiya dövründə bir çox sahələrdə fəaliyyət məhdudlaşıb, o cümlədən, siyasətdə də. Ümumiyyətlə, mən hesab edirəm ki, pandemiya dövründə siyasəti kənara qoyub, vətəndaşları bununla bağlı maarifləndirmək daha məqsədəuyğun olar. Amma elə məsələlər var ki, digər partiyalarla fikir mübadiləsi aparılmalıdır. İndi kimlərsə bu müzakirələrə goşulmur, kimlərsə hesab edirlər ki, onlara proseslərdən kənarda durub, fəaliyyət göstərmək daha çox uğur gətirəcək. Bu onların seçimidir və mən hörmətlə yanaşıram. Amma müxalifətin ümumi problemləri var və onları biz birlikdə həll etməliyik. Ölkənin ümumi mənafeyi naminə bu gün iqtidar-müxalifət münasibətlərinə də birlikdə aydınlıq gətirməliyik. Bu gün müxalifətdə aparıcı güvvə yoxdur və heç kim də özünü “müxalifət naziri” kimi cəmiyyətə sıramasın.

 

- Təhlillər aparan ekspertlər belə hesab edirlər ki, Azərbaycan dünyanın “qordi düyünü”dür. Məlumdur ki, heç kim, “bizi” digərinə güzəşt etmək istəmir. Buna görə də, deyilir ki, Azərbaycanın daxilində islahatlara əngəl olan dərin casusluq şəbəkələri var. Həm də bu şəbəkə dağılmadan, Qarabağı azad etmək mümkün deyil. Belə olduğu halda bu gün müxalifət partiyaları daxilindəki "5-ci kolon"u ifşa etmək üçün öz missiyasını necə yerinə yetirə bilir və müxalifətin özündə təmizlənmə, inkar prosesi gedirmi?

 

- Bu casusluq şəbəkəsi bütün ölkələrdə mövcuddur, o cümlədən Azərbaycanda. Müxalifət cəmiyyətin bir güzgüsüdür. İstər- istəməz müxalifət daxilində bu “5-ci kolon” var. Buna bariz nümünə olaraq 2013-cü ildə yaranan Milli Şuranı misal çəkə bilərəm. “5-ci kolon” olan Milli Şuranın yaradılmasında Rusiya hakimiyyət dairələrinin birbaşa rolu olub. İndi son 5 il ərzində xaricdə oturan “söyüş” müxalifəti yaranıb. Bəziləri, müxtəlif fondlardan və hətta ermənilərdən pul alıb özlərinə internet TV kanalı açıblar. Bu “söyüş tv kanalların” aparıcıları  Azərbaycanda yaşayanda səslərini çıxartmırdılar, indi isə “şirə” dönüblər. Amma bunların Azərbaycan cəmiyyətinə heç bir təsiri yoxdur və olmayacaq da. Müxalifət bunları ifşa edib cəmiyyətə göstərməlidir.

 

- Demokratik düşərgədə radikalığı ilə seçilən siyasi qrupların Milli Şuranın müxalifət daxilində apardığı parçalanma siyasəti nəhayət ki, Cəmil Həsənlinin "tyapka"sında" əks reaksiyasını aldı. Əgər Milli Şuranıın təmsilçiləri, yaxud digər siyasi partiyaların hansısa xarici təsirlərin iştirakı ilə daxili parçalanmaya yönəldiyi qeyd olunursa, ümummüxalifət olaraq hansı mövqe sərgiləməlidir?

 

- Sualınızda geyd etdiniz ki, onun cavabı müxalifət tərəfindən layiqincə verildi. Bu məsələdə müxalifətin əksər partiyaları ayrı-ayrılıqda cavabını verərək birlik göstərdi. Hesab edirəm ki, bu cür məsələlərdə müxalifət həmişə birlik nümayiş edəcək.

 

“Artıq müxalifətə düşmən gözü ilə baxmırlar”

 

- Belə bir ərəfədə iqtidar-müxalifət dialoqu alınırmı?

 

- İqtidar-müxalifət dialoqun ilkin addımları oldu. Prezident Administrasiyanın rəsmisinin iki partiya istisna olmaqla, qalan 53 partiya sədrləriylə görüşü olub. Hətta qeydiyyatdan keçməyən partiyalarla da görüşü olub. Karantin dövründə də onlayn görüşlər keçirilib. Bayramlarda zəng vuraraq dövlət başçısının təbrikini çatdırıb. Hesab edirəm ki, bu çox yaxşı addım idi. Artıq müxalifətə düşmən gözü ilə baxmırlar. Biz də bu ölkənin vətəndaşıyıq. Son vaxtlar göndərdiyimiz təkliflərin müəyyən hissəsini həyata keçiriblər. Misal üçün, bir neçə partiyanı qeydiyyata alıblar. Bu siyahıda dostlarımızı görəndə, onların sevincini bölüşürük. Bundan qabaq Sülhəddin Əkbərin başçılıq etdiyi Azad Azərbaycan partiyasını, indi isə Tural Abbaslının rəhbərlik etiyi Ağ Partiyanı qeydiyyata aldılar. Hər iki dostumuzu bununla bağlı təbrik edirəm. Müxalifət olaraq cəmiyyətə, hər bir vətəndaşa xeyiri olan məsələləri iqtidarla müzakirə edib, həll etməyə çalışacağıq.

 

- ALDP olaraq pandemiya dönəmində fəaliyyətinizi daha çox hansı istiqamətdə qurdunuz?

 

- ALDP olaraq pandemiya dövründə fəaliyyətimizi daha çox maarifləndirmə işlərinə yönəltdik. Bir neçə video-çarx hazırlayıb ictimailəşdirdik. Gələcək Azərbaycan Partiyası ilə “evdəqal” kampaniya çərçivəsində silsilə video-çarxlar çəkdirdik. Digər partiyalar da bu məsələdə çox aktiv oldular. Partiyamızın Mətbuat Xidməti bir neçə maarifləndirici çarxlar üzərində işləyir və yaxın zamanda onları təqdim edəcək.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Novxanıda ağır QƏZA

Azərbaycanda Ramazan bayramı qeyd olunur

“Bu, İranın Türk Birliyi qorxusundan irəli gələn məqamlardır”

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Diplomu tanınmayan universitetlərin siyahısı açıqlanacaq

Qeyri-etik paylaşımlar edən şəxslər HƏBS OLUNDU

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

“Qarabağın Rəngləri”: Qarabağ Dirçəliş Fondunun yeni layihəsi