Sabahdan Bakıda polis postları ləğv olunur

19:38 01-07-2020 | icon 454 | Sosial
Sabahdan Bakıda polis postları ləğv olunur

Ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla küçə və prospektlərdə quraşdırılmış xüsusi polis postları iyul ayının 2-dən ləğv ediləcək. Buna səbəb şəhərdaxili yollarda avtonəqliyyatın hərəkətinin intensivliyini təmin etmək, sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarətə daha çox əməkdaşın cəlb edilməsidir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Versus.az-a verilən məlumata görə, bundan sonra şəhərdəki bütün qapalı məkanlarda vətəndaşlarımızın karantin rejimindən irəli gələn tələblərə, xüsusilə tibbi maskadan istifadə və sosial məsafənin gözlənilməsinə mütləq qaydada riayət etmələrinə nəzarət daha da gücləndiriləcək.

   

Küçə və prospektlərdə, eləcə də şəhərdaxili məhəllələrdə piyada patrul naryadlarının sayı artırılacaq, nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icazənin olub-olmaması isə videomüşahidə kameraları ilə müəyyən ediləcək.

 

Həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlarımızdan xüsusi karantin rejimindən irəli gələn tələblərə mütləq riayət etmələri  tələb olunur. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür