"Bu il polislərimiz üçün də ağır oldu"

11:36 02-07-2020 | icon 363 | Siyasət
"Bu il polislərimiz üçün də ağır oldu"

İqbal Ağazadə: "...Xalq, vətəndaş qəbul etsin ki, polis adamları tutmaq üçün deyil, qorumaq üçündür"

 

"Bu gün polislərimizin peşə bayramıdır. İlk növbədə bütün polislərimizi təbrik edir, onlara uzun ömür, can sağlığı və uğurlar arzulayıram".

 
 
Versus.Az xəbər verir ki, bunu "facebook" hesabında 2 iyun - Polis günü ilə bağlı Ümid Partiyasının sədri İqbal Ağazadə yazıb.
 
 
Partiya sədri qeyd edib ki, bu il polislərimiz üçün də ağır oldu:
 
 
"Yağış, külək, isti demədən bəzən günlərlə postlarda oldunuz, karantin rejiminin tələblərini qorumağa çalışdınız.
Yanlışlar da oldu, hüquqpozmalar da, xeyirxahlıq da etdiniz, yaxşılıq da...
 
Çox istərdim ki, polisimizin obrazında ciddi dəyişiklik olsun - xalq, vətəndaş qəbul etsin ki, polis adamları tutmaq üçün deyil, qorumaq üçündür.
 
Polis əsgərdir - o dünən Qarabağda döyüşüb, şəhid olub, qazidir.
 
Polis ən qatı cinayətkarlarla döyüşən Vətən oğludur.
 
Polis bizim övladımızdır, bizlərdən biridir.
 
Peşə bayramınız mübarək, əziz Polislərimiz".
 
 
 
İqbal Ağazadə bəzi təəssüfdoğuran məqamlara da toxunub:
 
 
"Təəssüf ki, bu gün polis həm də siyasi aktivistlərin cibinə narkotik atan, şərləyən, təhqir edən, vətəndaşı evindən çılpaq sürüyərək çıxardan, məhkəmələrdə yalançı şahidlik edən tərəfdir. Biz elə cəmiyyət qurmalıyıq ki, polis yalnız ictimai asayişi, daxili təhlükəsizliyi qorumaqda və cinayətkarlığa qarşı mübarizə aparmaqda sorumlu olsun. Heç bir hakimiyyət polisdən öz məqsədləri üçün qeyri-qanuni üsullarla istifadə etməsin".
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür