AzTV-nin koronavirusdan ölən əməkdaşının səsyazısı ilə bağlı - VİDEO

13:28 02-07-2020 | icon 263 | KİV
AzTV-nin koronavirusdan ölən əməkdaşının səsyazısı ilə bağlı - VİDEO

“Vəziyyət çox pisdir, biri ordan qışqırır, biri burdan, əl yumağa su yoxdur, bura çox pisdir”

 

Xəbər verdiyimiz kimi, ötən gün AzTV-nin rejissoru Samir Nemətzadə koronavirusdan dünyasını dəyişib.

 

Versus.az xəbər verir ki, S.Nemətzadə ölümündən əvvəl ailəsinə göndərdiyi səsyazısı sosial şəbəkələrdə müzakirə edilib.

 

Mərhum müalicə aldığı xəstəxanada vəziyyətin pis olduğunu, xəstələrə yaxşı baxılmadığını bildirib. O, boğulduğunu və maskayla zorla nəfəs aldığını, xəstəxananın sanitar qovşağında yer olmadığını diqqətə çatdırıb: “Vəziyyət çox pisdir. Biri ordan qışqırır, biri burdan. Əl yumağa su yoxdur. Bura çox pisdir”. 

 

Bundan başqa, həmin səsyazısında Samirin səsindən əlavə, fonda digər pasiyentlərin də öskürək, boğulma, qışqırıq səsləri eşidilir. 

 

Məlumata görə, S.Nemətzadə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) müalicə alıb. Bundan əvvəl də sosial şəbəkələrdə sözügedən xəstəxanada pasiyentlərə etinasız yanaşılması məsələsi müzakirə edilib.

 

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Unikal.org-a açıqlamasında bununla bağlı araşdırmaların getdiyini bildirib.

 


Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Təhsil Nazirliyindən yeni tədris ilinin başlaması ilə bağlı AÇIQLAMA

96 yaşında universiteti bitirdi - VİDEO

“20 sotadək pay torpağı olanlar məşğul hesab olunmasınlar”

“Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir”

Andiçmə mərasimlərində valideynlərin iştirakı qadağandır

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 35 dəfə pozub

Rövnəqi, Cahangiri, Əhmədi müzakirə edib qurtarmamış...

Atəşkəs rejimi 34 dəfə pozulub

MÜSTƏQİL DÖVLƏTİN MÜSTƏQİL LİDERİ

Rayonlara gediş-gəlişin bərpa oluna biləcəyi TARİX

Məktəblərin açılması ilə bağlı VACİB AÇIQLAMA

Fırıldaqçıların ən sevdiyi şifrələr

Koronavirusla bağlı SON STATİSTİKA

D vitamini əskikliyindən yaranan 8 xəstəlik

Milli Şuraya Okeanın o tayından da irad bildirildi