Kamran Əliyev köhnə idarələri LƏĞV EDİR

16:54 02-07-2020 | icon 458 | Hadisə
Kamran Əliyev köhnə idarələri LƏĞV EDİR

Azərbaycan Respublikasının prokurorluq orqanlarında yeni strukturun yaradılması ilə əlaqədar kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər həyata keçirilir.

 

Bu barədə Versus.Az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.



Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Bakı şəhər prokurorluğunda institusional struktur dəyişiklikləri davam etdirilərək, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Daxili Təhlükəsizlik şöbəsi ləğv edilib, Baş İdarənin Preventiv tədbirlər və təhqiqat idarəsinə birləşdirilib. Bununla əlaqədar bir sıra vəzifələrə təyinatlar həyata keçirilib.

 

Belə ki, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə, Natiq Eyvazov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi, Səbuhi Alıyev isə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi vəzifələrinə təyin ediliblər.

 

Həmçinin, Baş prokurorun imzaladığı əmrlərlə Günay Əyyubova Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis müavini vəzifəsinə təyin edilib, Zaur Axundzadəyə isə Bakı şəhəri Pirallahı rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.

 

Bundan başqa, Baş prokurorun imzaladığı əmrlərlə Mobil Şəfiyev və Mürvət Həsənov Bakı şəhər prokurorunun müavini, Pərvin Quliyev Bakı şəhər prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin, Rövşən Əliyev Təşkilat və icraya nəzarət idarəsinin, Cəlaləddin AxundovProkurorluqda istintaqa nəzarət idarəsinin, Əmir Qaloyev Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin rəisi vəzifələrinə təyin ediliblər.

 

Kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə formalaşdırılması istiqamətində islahatlar davam etdirilir.  

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı