"Yeni reallıqlar partiyaların cəmiyyətdəki rolunu artıracaq"

18:08 02-07-2020 | icon 265 | Siyasət
"Yeni reallıqlar partiyaların cəmiyyətdəki rolunu artıracaq"

Əlisahib Hüseynov: "Ədalət Vəliyev siyasi partiyaların ictimai-siyasi proseslərə qoşulmasına təkan verib"

 

"Pandemiya gündəlik həyatımıza və siyasi mühitimizə köklü şəkildə korrektələr etsə də, lakin bütövlükdə cəmiyyət və siyasi kəsim öz funksionallığını, fəallığını qoruyub saxlamaqdadır. Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iyulun 1-də qeydiyyata alınan yeni partiya sədrləri ilə və eləcə də REAL partiyasının sədri ilə görüşüb, koronavirus pandemiyası dönəmində siyasi partiyaların fəaliyyəti, ölkədaxili siyasi münasibətlər, gerçək siyasi dialoq mühitinin yaradılması və ictimai-siyasi əhəmiyyət daşıyan digər məsələlərə dair fikir mübadiləsi aparması da siyasi vitrinimizdəki fəallığın bir göstəricisidir. Fürsətdən istifadə edib Milli Vəhdət Partiyasının, Azərbaycan Milli Demokrat Partiyasının və Ağ Partiyasının sədrlərini dövlət qeydiyyatına alınmaları münasibətilə ürəkdən təbrik edir, həmkarlarımıza gələcək siyasi fəaliyyətlərində uğurlar diləyirik. Həmçinin REAL partiyasının qarşıdakı təsis qurultayını videokonfrans rejimində keçirməklə dövlət qeydiyyatına alınmaq imkanını əldə edəcəyi xəbəri də müsbət xəbərdir. Biz REAL-çılara da uğurlar diləyirik".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.

 

Partiya sədri qeyd edib ki, siyasi partiyaların qeydiyyata alınması sahəsindəki əsassız süründürməçiliklərin, ənənəvi bürokratiyanın aradan qaldırılmasını 2018-ci ildə prezident seçkilərindən sonra start verilmiş və 2019-cu ildə ölkə həyatının bütün sferalarını əhatə etmiş dərin islahatlar prosesinin tərkib hissəsi kimi dəyərləndirmək lazımdır:

 

"Hesab edirəm ki, siyasi partiyalara münasibətin kardinal şəkildə dəyişməsi birbaşa Prezident İlham Əliyevin iradəsinin nəticəsidir. Çünki ölkə başçısının başlatdığı islahatlar prosesində siyasi sahəyə xüsusi diqqətin göstərilməsi prioritet təşkil edir. Bu gün biz islahatlar paketində siyasi partiyalarla bağlı ciddi addımların atılmasının nəzərdə tutulmasının əyani şahidi oluruq. Siyasi və kadr islahatlarının strateji məqamlarından biri kimi Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması isə dövlətin və iqtidarın siyasi partiyalara yeni yanaşma tərzinin, proqressiv münasibətinin real təsdiqidir".

 

Ə.Hüseynov bildirib ki, son 30 illik siyasi tariximizdə ilk dəfə olaraq mərkəzi idarəetmə aparatında siyasi partiyalarla münasibətlərin tənzimlənməsi üçün yeni şöbənin təsis edilməsi siyasi qüvvələr üçün həqiqətən də geniş imkanlar açır. Onun sözlərinə görə, belə bir tənzimləyici və əlaqələndirici qurumun yaradılması və bu quruma Ədalət Vəliyev kimi demokratik ruhlu, müxalif və ya iqtidaryönümlü olmasından asılı olmayaraq bütün partiyalara, partiya sədrlərinə qarşı mütəvazi davranan, xoşgörü nümayiş etdirən təcrübəli kadrın rəhbər təyin edilməsi onu göstərir ki, hakimiyyət həqiqətən də yeni siyasi konfiqurasiyanın təşəkkül tapmasında, siyasi qüvvələr arasında sağlam mübarizə mühitinin formalaşmasında, siyasi rəqiblərə qarşı yeni baxışın ortaya qoyulmasında, cəmiyyətdə barışın və konsesusun oturuşmasında maraqlıdır.

 

DADP sədri qeyd edib ki, bütün bunlar iqtidar-müxalifət partiyaları arasındakı dialoq prosesinin davam etməsini və genişlənməsini şərtləndirir, stimullaşdırır. Ə.Hüseynov vurğulayıb ki, ilin əvvəlindən siyasi partiya rəhbərləri, o cümlədən müxalif düşərgənin aparıcı simaları ilə siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdirinin görüşləri, fikir mübadilələri bu gün də davam edir:

 

"Ədalət Vəliyev siyasi partiyaların fəallaşmasına və ictimai-siyasi proseslərə qoşulmasına əhəmiyyətli dərəcədə təkan verib. İl ərzində bir neçə siyasi partiyanın mərhələli şəkildə qeydiyyatdan keçirilməsinə də məhz bu rakursdan baxmalıyıq. Bu partiyalar uzun illərdi ki, dövlət qeydiyyatına alınacaqları günü gözləyirdilər. Lakin keçmiş İctimai-siyasi şöbənin müdirinin siyasi partiyalara qarşı ögey münasibəti bu məsələnin həllinə ciddi əngəl yaradırdı. Lakin hazırda isə reallıq kökündən dəyişib. Həm də müsbətə doğru dəyişib. İndi siyasi qurumların dövlət qeydiyyatına alınmasında heç bir problem yoxdur.

Ümid edirəm ki, yeni reallıqlar ölkədə sağlam siyasi sistemin inşasını daha da sürətləndirəcək və partiyaların cəmiyyətdəki rolunu artıracaq. Biz düşərgəsindən və kursundan asılı olmayaraq bütün siyasi qüvvələri ölkədə gedən islahatları, xüsusən də siyasi sferadakı müsbət dəyişiklikləri dəstəkləməyə çağırırıq".

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Təhsil Nazirliyindən yeni tədris ilinin başlaması ilə bağlı AÇIQLAMA

96 yaşında universiteti bitirdi - VİDEO

“20 sotadək pay torpağı olanlar məşğul hesab olunmasınlar”

“Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir”

Andiçmə mərasimlərində valideynlərin iştirakı qadağandır

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 35 dəfə pozub

Rövnəqi, Cahangiri, Əhmədi müzakirə edib qurtarmamış...

Atəşkəs rejimi 34 dəfə pozulub

MÜSTƏQİL DÖVLƏTİN MÜSTƏQİL LİDERİ

Rayonlara gediş-gəlişin bərpa oluna biləcəyi TARİX

Məktəblərin açılması ilə bağlı VACİB AÇIQLAMA

Fırıldaqçıların ən sevdiyi şifrələr

Koronavirusla bağlı SON STATİSTİKA

D vitamini əskikliyindən yaranan 8 xəstəlik

Milli Şuraya Okeanın o tayından da irad bildirildi