Koronavirusu yaymaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayır

09:54 03-07-2020 | icon 349 | Hadisə
Koronavirusu yaymaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayır

Epidemiya əleyhinə rejimi pozmaqda təqsirləndirilən Bakı şəhər sakinləri – Samid Qədirov, Əflatun Babalıyev və Tufan Qəmbərovun cinayət işi işi üzrə ibtidai istintaq başa çatıb.

 

Versus.az xəbər verir ki, cinayət işi baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.

 

Hakim Teymur Qurbanovun icraatında olan iş üzrə hazırlıq iclası iyulun 15-də başlayacaq.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə təqsirləndirilirlər.

 

Cinayət Məcəlləsinə mart ayında əlavə olunmuş bu maddəyə görə, həmin əmələ yol verən şəxslər 2 500 manatdan 5 000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”