"Qoy siyasətçilər siyasətlə, həkimlər də virusla məşğul olsunlar"

13:39 03-07-2020 | icon 621 | Sosial
"Qoy siyasətçilər siyasətlə, həkimlər də virusla məşğul olsunlar"

Razi Nurullayev: "İnsanları buraxın getsin dağa, meşəyə, kənd evinə, təmiz oksigenli havaya"

 

"Qoy siyasətçilər siyasətlə, həkimlər də virusla məşğul olsunlar. İnsanları buraxın getsin dağa, meşəyə, kənd evinə, təmiz oksigenli havaya".

 

Versus.Az xəbər verir ki, bunu "facebook" səhifəsində çağırış paylaşımında millət vəkili Razi Nurullayev yazıb.

 

Razi Nurullayev yazır ki, - "Operativ Qərargahın tərkibinə baxdım və bildim ki, qərar verənlər kimdir. Hamısı bizim hörmətli dövlət nazirlərimiz, hökumətin digər hörmətli üzvləri. Üç nəfərdən başqa da heç kimin nə tibbə aidiyyatı var, nə də virusa. Qərarlar da belə olmalı idi. Hələ yaxşı ki, daha pis günə düşməmişik.

Bu tərkib verilən tapşırıqların, hökumətin göstərişlərinin, Prezidentin qərarlarının vətəndaşlar tərəfindən icra edilməsinə nəzarət edənlərdir və pis-yaxşı da edirlər. Amma, o tərkibdə olanlar xəstəlik və virusla, onun müalicəsi ilə, yayılmasının qarşısının alınması ilə bağlı düzgün qərar verə bilməzlər".

 

Millət vəkili bildirib ki, virusun müalicəsi, yayılmasının qarşısının alınması, vətəndaş davranışı və onlara tətbiq olunacaq məhdudiyyətlərin siyahısını başqa qurum hazırlamalı, Operativ Qəragaha təsdiq üçün təqdim etməli və iki qurumun birgə iştirakı ilə qərarlar müəyyən edilməlidir:

 

"Qoy siyasətçilər siyasət ilə, həkimlər də virusla məşğul olsun. Bu qədər bəsitdir hər şey!

Baş infeksionist Cəlal İsayev ancaq mətbuatla işləyir, sözünü orada deyir. Belə çıxır ki, onu dinləyən, ondan məsləhət istəyən yoxdur. Baş epidemioloq İbadulla Ağayev gedib oturub bir ucqar kənddə, heç televizoru və interneti də yoxdur. Onda günah varmı? Xeyr, çünki ona deyən var ki, ay İbadulla müəllim, baş epidemioloqsan, gəl məsləhət ver, yol göstər?

Mən hökumətə səslənirəm: təcili olaraq həkimlərdən, epidemioloq, infeksionist və mütəxəssislərdən ibarət yeni bir tərkibin yaradılmasına ehtiyac var, məsuliyyəti onların üzərinə qoyun. İnanıram ki, onlar park və bulvarları bağlayıb, insanları evə qapatmaz və insanlar da evlərdə kütləviliklə toplaşıb bir-birini yoluxdurmazdılar. Onların verdiyi tövsiyyələr insanların iki saatlıq maskaları həftələrlə geyinib sadəcə görüntü yaratmağa səbəb olmazdı.

Bir vacib məsələ də var: insanları buraxın getsin dağa, meşəyə, kənd evinə, təmiz oksigenli havaya".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

İncəsənətimizin RAMİZİ…

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı