"Müxalifət nümayəndələrinin parlamentdə konkret vəzifə daşıması mütləqdir"

14:02 03-07-2020 | icon 488 | Siyasət
"Müxalifət nümayəndələrinin parlamentdə konkret vəzifə daşıması mütləqdir"

Razi Nurullayev: "Uğur qazanılmasa, hörmətli Siyavuş müəllimə əsaslı mövzu verəcəyik ki, bizi sərt tənqidə məruz qoysun”

 

“Hörmətli xanım sədr, hörmətli deputatlar, ölkəmizin bu ağır vəziyyətində həm müxalifətin, həm də iqtidarın əlini daşın altına qoyması vacibdir. Bizim vəzifəmiz əl qaldırmaq, lehinə, yaxud əleyhinə düyməsini basmaq deyil, göndərilən bütün layihələrə "hə" demək də deyildir. Qəbul etməmək və qanunları geri qaytarmaq hüququmuz da var”.

 
 
Versus.Az xəbər verir ki, bu sözləri iyunun 30-da spikerə və deputatlara müraciət edən deputat Razi Nurullayev deyib.
 
 
Deputat vurğulayıb ki, rüşvətxorluqla, məmur özbaşınalığı ilə mübarizə danışmaqla olmur:
 
 
“Çox da danışanda, tənqid edəndə yüz mənbədən zəng gəlir ki, o məmurla işin olmasın. Neynəyək, elə oturub burada hər kəsə tərif deyək, əl çalaq və təzim edək? Parlamentdə təmsil olunan müxalifət nümayəndələrinin konkret vəzifə və məsuliyyət daşıması mütləqdir. Qoy müxalifət nümayəndələri ən çox korrupsiyaya bulaşmış qurumların işinə nəzarət etsin və sənədlərlə tanış olsun. Qoy müxalifət nümayəndələri dövlətçiliyin möhkəmlənməsində və xalqın güzaranının yaxşılaşdırlmasında olan layihələrdə vəzifə alıb məsuliyyət daşısınlar və fərqli yanaşmanı ortaya qoysunlar. Uğur qazanılmasa, hörmətli Siyavuş müəllimə əsaslı mövzu verəcəyik ki, bizi sərt tənqidə məruz qoysun”.
 
 
“Hələ də elə məmur var ki, telefonu belə qaldırmağı özünə sığışdırmır” deyən millət vəkili, bunun millət vəkilinə qarşı ciddi hörmətsilzik olduğunu vurğulayıb:
 
 
"Bu gün adlarla gəlmişdim, burdan səsləndirəcəkdim, son anda fikrimdən daşındırıldım. Bilsinlər ki, onların taleyi cənab Prezidentin bir imzasına, sözünə bağlıdır. Altlarında onillərlə həbs etdikləri kresloların azad olunmasını istəyirlərsə, kömək edə bilərik. Unutmayın bunu!
 
Bütün bunların fonunda barışmaz qüvvələr pandemiyaya fürsət kimi yanaşır və məsuliyyətsiz məmurlar da onların əlinə oynayır. Sizə Əli Kərimli, digər barışmaz qüvvələr lazımdır? Beş qat dərinizi soyar, açığı soyumaz, sonra da üstünə duz səpər. Ölkə məhv olub gedər”.
 
 
Razi Nurullayevin sözlərinə görə, belə bir vəziyyətdə nə daxili, nə də xarici qüvvələrə xalqın narazılığı üzərində hakimiyyət oyunları qurmağa imkan vermək olmaz:
 
 
“Mən də müxalifət təmsilçilərindən biri olaraq dəyişikliklərin lehinəyəm. Amma uzun və keşməkeşli yol olsa da, dəyişikliyin qanunlar çərçivəsində olması mütləqdir. Çünki inqilabların əzab, iztirab və dağıntılar gətirəcəyini bilirəm. Müasir dövrümüzün qanlı-qadalı inqilabları heç bir xalqı xöşbəxt etməyib”.
 
 
“Vəzifəmiz dövlət, torpaq, bayraq və ordu üçün şərəflə ölməkdir” deyən deputat, vurğulayıb ki, vəzifəmiz dövlətin bütün atributlarını qorumaqdır:
 
 
“Azərbaycanın prezidenti və birinci vitse-prezidenti də ölkəmizin təmsilçiləri, atributlarıdır. Vəzifəmiz həm də dövlətçilik naminə onların adlarını uca tutmaqdır”.
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür

Rektor yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-dan danışıb