Heydər Əliyevin imzaladığı Fərmanla təsis olunan GÜN
Əli Həsənov: "Son 17 ildə polisin fəaliyyətinin təkmilləşdirilməsinə yüksək səviyyədə nail olunub"
"Hər il iyul ayının 2-si Azərbaycan Respublikasında Polis Günü kimi qeyd edilir. Bu il polis orqanlarının yaranmasının 102-ci ildönümüdür. Bu bayram Prezident Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla təsis olunub və iyulun 2-si Azərbaycanda Polisi Günü elan olunub".
Versus.az xəbər verir ki, bunu Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, professor, YAP İdarə Heyətinin üzvü Əli Həsənov Polis Günü ilə əlaqədər özünün feysbuq səhifəsində yazdığı təbrik statusunda bildirib.
Ə.Həsənov qeyd edib ki, müsrəqillik dövründə Daxili İşlər Nazirliyinin strukturuna daxil olan bütün orqanlar və bölmələr öz fəaliyyətini yenidən quraraq, ölkəmizdə daxili sabitliyin, içtimai asayişin, vətəndaşların təhlükəsizliyinin, dövlətimizin milli maraqlarının qorunması və müdafiəsində mühüm xidmətlər göstərib.
"Azərbaycan polisi fəaliyyət göstərdiyi bütün dövrlərdə- istər Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi 1918-1920-ci illərdə, istər Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində, istərsə də müstəqillik dövründə öz fəaliyyətini daim təkmilləşdirib, dövrün tələblərinə uyğun inkişaf edib, peşəkarlığını artırıb, yüksək nəticələr və zəngin təcrübə qazanıb. Xüsusən son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında günü-gündən inkişaf edən və dünya dövlətləri sırasında öncül mövqelər qazanan ölkəmizdə polisin maddi-texniki bazasının yenidən qurulmasına, fiziki və mənəvi inkişafının hərtərəfli təmin olunmasına və fəaliyyətinin təkmilləşdirilməsinə yüksək səviyyədə nail olunmuşdur.
Bu bayram günündə bütün Azərbaycan polisini, DİN-in strukturlarında xidmət keçən bütün qanun keşikçilərini və asayiş təminatçılarını ürəkdən təbrik edirəm.
Peşə Bayramınız Mübarək olsun!"
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"