ALDP sədrindən Milli Şuraya sərt mesaj

18:50 03-07-2020 | icon 644 | Siyasət
ALDP sədrindən Milli Şuraya sərt mesaj

Milli Şura  dövlətə qarşı çıxır, ”Azərbaycana nə qədər pisdirsə, bizə o qədər yaxşıdır" prinsipindən çıxış edir”

 

Milli Şura, pandemiya ərəfəsində keçirdiyi onlayn iclaslarda apardığı müzakirələr və orada səsləndirdiyi gülüş doğurucu çıxışları ilə ölkə ictimaiyyətinin hədəfinə tuş gəlib. Özünü tamamilə itirən və ictimaiyyət qarşısında yanlış davranış sərgiləyən Milli Şura üzvlərinin yaydığı son videogörüntü bu mənada günlərdir müzakirə  və tənqid olunur. Həmin görüntülərdə qurumun Koordinasiya Mərkəzinin üzvü, Fransada yaşayan jurnalist Qənimət Zahidin işlərinin hakimiyyətə şər atmaq olduğunu açıq şəkildə deməsinə  cəmiyyət tərəfindən də sərt təpkilər göstərilir.

 

Versus.az xəbər verir ki, bu barədə kəskin çıxışlar edən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Milli Şuranın bu siyasətlə dövlətə qarşı çıxdığını deyib.

 

“Qurumun əsas məqsədi anti-Azərbaycan təbliğatı aparmaqdır”

 

ALDP sədri bildirib ki,  Milli Şura adlanan qurum fəaliyyət istiqamətini düzgün seçməyib. Görünən odur ki, ümumiyyətlə, hara və niyə getdiyinin fərqində deyil. Onun sözlərinə görə, qurumun əsas məqsədi anti-Azərbaycan təbliğatı aparmaqdır ki, bunu da daha çox internet üzərindən həyata keçirir.

“Xaricdə məskunlaşan, milli hisslərini itirənlərin çoxundan istifadə etməklə dövlət və dövlətçiliyimizə qarşı çıxışlar edirlər. Biri var ki, hakimiyyətlə mübarizə aparasan, bir də var dövlətlə. Milli Şura dövlətə qarşı çıxır, xaricdən Azərbaycana edilən hər bir təhdid Şuranın sevincinə səbəb olur. Milli Şura ”Azərbaycana nə qədər pisdirsə, bizə o qədər yaxşıdır" prinsipindən çıxış edir. Belə çirkin məfkurənin yayılmasına yol vermək olmaz”! 

Özləri də etiraf edirlər ki, onların işi hakimiyyəti şərləməkdir. Bir gün eşitsək ki, Milli Şura istəyinə çatmaqdan ötrü hətta Qərbdə ermənipərəst qüvvələrlə əməkdaşlıq edir,  heç də təəccüblənmərəm. Belə fəaliyyət istiqaməti Azərbaycana, xalqa xəyanət deməkdir. Bunlar ağa qara, qaraya ağ deyirlər. 

Müxalifət hakimiyyətin səhv addımlarını, verilən səhv qərarları göstərib, alternativ çıxış yolları irəli sürməlidir".

 F.Əliyev üzünü Milli Şura üzvlərinə tutaraq, “bu dövlət həm də bizimdir-xalqındır  və O, sizin bu cür məsuliyyətsiz, müştəbeh davranışlarınıza sona qədər susan deyil”.

Versus.az

Ləman

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı