"İlham Əliyev bu təşəbbüsü ilə bir daha hər kəsə belə bir mesaj verdi"

20:40 03-07-2020 | icon 838 | Siyasət
"İlham Əliyev bu təşəbbüsü ilə bir daha hər kəsə belə bir mesaj verdi"

"COVİD-19 bəşəriyyət üçün bəla olmaqla bərabər, həm də ayrıca hər bir ölkə və hər bir lider üçün sınaqdır. Bu sınaqdan üzüağ çıxanlar da, çıxmayanlar da var. Və yaxud, bu sınağın nəticəsində yeni liderlik keyfiyyətləri üzə çıxan, dünyaya birgə mübarizə və həmrəylik mesajları verən dövlət başçılarının özlərini qlobal miqyaslı siyasi xadimlər kimi təsdiqləmələrinə zəmin yaratdı. Azərbaycan Prezidenti İlham Əliyev də həmin siyasi xadimlərin sırasında yer alır".

 

Bunu Versus.az-a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin koronavirus pandemiyasına qarşı beynəlxalq ictimaiyyətin diqqətini səfərbər etməklə sərgilədiyi mövqe və onun əhəmiyyəti barədə açıqlamasında bildirib.

Ə.Hüseynov qeyd edib ki, Prezident pandemiyanın ilk günündən yalnız ölkə daxilində deyil, həm də regional və qlobal çərçivədə birliyə, həmrəyliyə xidmət edən tədbirlərin gücləndirilməsinə çağırış edibi. Məhz bunun nəticəsində Azərbaycanın dövlət başçısı ölkə daxilində zəruri tədbirlərlə yanaşı, eyni zamanda dünya miqyasında birliyə, həmrəyliyə xidmət edən təşəbbüslərlə çıxış etməsilə ilə bütün diqqətləri öz üzərinə çəkdi. Belə ki, İlham Əliyevin təşəbbüsü ilə əvvəlcə Türk Şurasının, sonra isə 120 ölkəni öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının Zirvə görüşləri keçirildi. Pandemiya şəraitinin diktəsi ilə yeni formatda, videokonfrans şəklində keçirilən bu kimi mötəbər tədbirlər beynəlxalq ictimaiyyət tərəfindən ilk növbədə Azərbaycana qarşı, İlham Əliyevə qarşı böyük inamın və hörmətin göstəricisi kimi dəyərləndirildi.

 

"Azərbaycan dünyanı birləşdirir, bu yeni dünyada isə Ermənistana yer yoxdur."

 

"Əvvəllər bir dövlət başçısı kimi yalnız Azərbaycan Respublikasını təmsil edən İlham Əliyev, indi eyni vaxtda iki nüfuzlu beynəlxalq təşkilatın rəhbəri ampluasında diqqət mərkəzinə gəlir. Bu həqiqətən də böyük bir hadisədir. İlham Əliyev bütün ölkələrin pandemiya ilə üz-üzə qaldığı bu ağır, böhranlı şəraitdə yeni performans sərgiləyir, sözün əsl mənasında bir dünya lideri kimi çıxış edir. Dövlətimizin başçısının beynəlxalq müstəvidə davamlı təşəbbüsləri və bu təşəbbüslərin reallıqda öz əksini tapması da bu həqiqəti bir daha təsdiqləyir. Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etməsi və bu təşəbbüsə dünya miqyasında verilən yüksək dəstək isə ümumiyyətlə, hər bir ölkə başçısının imza atmaq istədiyi xüsusi uğur sayıla bilər. Bu təşəbbüs beynəlxalq dairələrdə həqiqətən də geniş əks-sədaya səbəb oldu. Əlbəttə, bunun da kifayət qədər ciddi səbəbləri var. Çünki COVID-19 pandemiyası təkcə ayrı-ayrı ölkələrin səhiyyə strukturlarını deyil, həm də beynəlxalq münasibətlər sistemini iflic vəziyyətinə salıb.

Bu gün nüfuzlu beynəlxalq təşkilatların demək olar ki, heç biri koronavirusun yaratdığı reallıqlara və çağırışlara adekvat reaksiya verə bilmir. Beynəlxalq təşkilatlar özlərini toparlamağa, təşəbbüskarlıq göstərməyə çətinlik çəkir. Onların fəaliyyətində hərəkətlilik yoxdur, süstlük müşahidə olunur. BMT və onun əsas qurumları olan Baş Məclis və Təhlükəsizlik Şurasının beynəlxalq münasibətlər sistemində rolu demək olar ki, heç görünmür. Həmçinin, dünyanın aparıcı ölkələri, supergücləri qlobal liderlik əvəzinə ya özünütəcridə kökləniblər, yadaki geosiyasi çəkişmələrə meyl göstərirlər. Odur ki, bu arada böyük dövlətlər və beynəlxalq təşkilatlardan gözlədiyimiz qlobal liderlik nümunəsi baş vermədi. Bir növ, hamı özünə qapandı. Lokallıq və milli eqoizm meydan sulamağa başladı. Bir tərəfdən, BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmadı, digər tərəfdən isə BMT Baş Məclisi çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də, lakin onların da əksəriyyəti uğurla nəticələnmədi.

Dövlətimizin başçısı İlham Əliyev məhz belə bir kritik məqamda, qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə birgə mübarizə aparmaq məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. Bu təşəbbüs tam zamanında edilmiş təşəbbüs effekti ilə qarşılandı. İlham Əliyev bu təşəbbüsü ilə bir daha hər kəsə belə bir mesaj verdi ki, hörmətli liderlər, inanın ki, yalnız qarşılıqlı dəstək, özünəqapanmama və birgə səylərlə COVID-19-a qalib gələ bilərik. Çünki bu bir aksiomadır ki, dövlətlərin özünəqapanması onların heç birinə uğur gətirə bilməz. Odur ki, səylərin birləşdirilməsi, kollektiv surətdə tədbirlərin görülməsi və təcrübə mübadiləsinin aparılması çox vacibdir.

Əlbəttə, Prezident İlham Əliyev belə bir təşəbbüslə çıxış etməyə də bilərdi və onu bu addımı atmağa kimsə məcbur edə bilməzdi. Bu mənada dövlətimizin səsləndirdiyi fikirlər lap yerinə düşür:"Biz bunu etməyə də bilərdik. Kimsə bizə bir söz deyəcəkdi? Yox. Kim bizə irad tuta bilərdi ki, bu ağır dövrdə biz bu təşəbbüsü irəli sürməsəydik. Amma biz bunu etdik. Çünki biz məsuliyyətli ölkəyik və etibarlı tərəfdaşıq". Azərbaycan rəhbərinin bu təşəbbüsü həqiqətən də təqdirəlayiqdir. Məhz belə bir sağlam mövqeyimizə, qlobal məsuliyyətimizə görə Azərbaycanın pandemiyaya qarşı mübarizə sahəsində nümunəvi ölkə kimi təşəbbüsləri təqdir olunur, həyata keçirdiyi tədbirlər yüksək qiymətləndirilir. BMT-nin 130-a qədər üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi heç şübhəsiz ki, beynəlxalq birlik tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin göstəricisidir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunun artması göz qabağındadır".

 

Partiya sədri bir daha bəyan edib ki, Azərbaycanın dünyada artan nüfuzunu və rolunu həzm edə bilməyən və bunu qısqanclıqla qarşılayan yeganə ölkə Ermənistandır. Onun sözlərinə görə, işğalçı ölkənin Azərbaycanın bu qlobal miqyaslı təşəbbüsünə qarşı çıxış etməsi Ermənistan hakimiyyətinin gerçək simasını bir daha əyani surətdə göstərir.

 

"Hazırda pandemiyanın ən ağır nəticələri ilə üzləşən bir ölkə olmasına baxmayaraq Ermənistan bu təşəbbüsə qarşı çıxmaqla özünü dünya birliyi qarşısında rüsvayçı vəziyyətə salır. Ermənistan üçün bundan daha pis “qara piar” ola bilməzdi. Ermənilər bu hərəkəti ilə necə deyərlər, özləri öz əlləriylə beynəlxalq imiclərinə ağır zərbə vudular. Paşinyanın dırnaqarası “demokrat”lığı bir daha hər kəsə bəlli oldu. Azərbaycan liderinin dünya birliyinə ünvanladığı "COVID-19-a qarşı birlikdəyik" mesajı bu gün bizim xeyrimizə, ermənilərin isə əleyhinə işləyir. Azərbaycan dünyanı birləşdirir, bu yeni dünyada isə Ermənistana yer yoxdur."

 

Versus.az

Ləman

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları