Partiyadan həkimlərə dəstək video- çarxı

12:03 04-07-2020 | icon 739 | Sağlamlıq
Partiyadan həkimlərə dəstək video- çarxı

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) COVİD-19-la mübarizədə ön cəbhədə olan həkimlərə dəstək olaraq maraqlı video çarx hazırlayıb.

 

Versus.Az xəbər verir ki, ALDP Mətbuat Xidməti vətəndaşlara müraciət edib.

 

Müraciətdə deyilir:

 

"Əziz Azərbaycan xalqı, bütün dünyanı cənginə alan bu koronavirusla mübarizə aparan həkimlərimizə dəstək olaq. Sadəcə karantin qaydalarına riayət edək məcbur olmadıqca evlərimizdən çıxmayaq. Biz fədakar həkimlərimizə dəstək olmağı özümüzə borc bildik. Biz birlikdə güclüyük!"

 

Çarxda “Eşq olsun Azərbaycan həkimlərinə”, “Evdə qalaq həkimlərə dəstək olaq” “Biz sizinlə fəxr edirik”, “10 həkim öz həyatını, sağlamlığını, yaxınlarının sağlamlığını risk altına ataraq bir xəstəni müalicə edirlər”, “Karantin qaydalara riayət edək-Həkimlər evə qayıtsın”, "Həkim - həyatımızın xılaskarı", "Bizi həyata qaytaran həkimlərə eşq olsun", "Həmişə onlara borcluyuq" şuarları ilə vətəndaşlara müraciət olunur.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi