Akif Aşırlı Vüqar Səfərlidən YAZDI
“Çox vüqarlar haqqın qarşısında əyilib”
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı sosial şəbəkədə vaxtilə KİVDF-nin keçmiş rəhbəri Vüqar Səfərlinin haqsızlığı ilə üzləşdiyini yazıb.
Versus.az xəbər verir ki, A.Aşırlı bildirib:
“Axır ki... Ədalət öz yerini tapdı. KİVDF-nin 10 il haqsızlığına tab gətirən, güc-bəla ilə varlığını qoruyan "Şərq " üzümüzə gələn həftənin əvvəlindən öz gündəlik nəşrini davam etdirəcək.Biz kecmişə dönmürük, önə, gələcəyə baxırıq. İlahi ədalətin varlığına da şəkki-şübhə etmədən inanırıq. Cox vüqarlar Ədalətin, haqqın qarşısında əyilib, yox olub, onlar ücün həmişə Tarix və fakt yox, şəxsi mənfəət olub.
KİVDF - nin yeni rəhbərliyinin təqdim etdiyi müsabiqə şərtlərinə görə, ən yüksək bala layiq görülmüşük. Var olun, doğru -dürüst seciminizə görə, minnətdaram! Kimin nə deməsindən asılı olmayaraq klassik qəzetcilik ənənələrini nəinki qorumalı, inkişaf etdirməliyik. Biz buna nail olacağıq, mütləq nail olacağıq!”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"