Vüqar Səfərlinin qəzetinə pul AYRILMADI
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu iyulun 4-də qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün təşkil edilmiş müsabiqənin nəticələrini elan edib.
Nəticələrə görə, yeni siyahıda yer alan 18 qəzet qalib hesab edilib.
Versus.az xəbər verir ki, indiyədək KİVDF-dən ən yüksək məbləğdə maliyyə yardımı alan “Mövqe” qəzeti siyahıdan kənarda qalıb.
Qeyd edək ki, “Mövqe” qəzeti KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərliyə məxsusdur.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"