Ermənistanda cəsədi tapılan rus hərbçinin ölüm səbəbi ARAŞDIRILIR

09:22 05-07-2020 | icon 739 | Dünya
Ermənistanda cəsədi tapılan rus hərbçinin ölüm səbəbi ARAŞDIRILIR

Şənbə günü Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasının müddətdən artıq xidmət edən hərbçisinin cəsədi kirayə qaldığı mənzildə aşkarlanıb. 

 

Versus.az TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Hərbi Dairəsinin yaydığı məlumatda bildirilib. 

 

Qeyd edilib ki, hissə komandanlığı və hüquq-mühafizə orqanları tərəfindən Rusiya hərbçisinin ölüm səbəbi araşdırılır:

"4 iyul 2020-ci il tarixində hərbi hissənin ərazisindən kənarda - Gümrü şəhərində 102-ci Rusiya hərbi bazasının müqavilə əsasında xidmət edən hərbçisinin yaşadığı kirayə mənzildə cəsədi aşkarlanıb. Meyitin üzərində zorakı əlamətlər tapılmayıb. İlkin məlumatlara görə, hərbçinin ölümünə səbəb səhhətilə bağlı olub”.

 

Hadisənin xidmət vaxtından sonra baş verdiyi bildirilib.

 

Xatırladaq ki,  Rusiyaya məxsus sözügedən hərbi baza 1995-ci ildən Ermənistanda yerləşdirilib. 2010-cu ildə bazanın daha 49 il Ermənistanda saxlanılması barədə razılıq əldə olunub. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI