Bu müəllimlər işdən çıxarılacaq

14:47 13-06-2018 | icon 1038 | Təhsil
Bu müəllimlər işdən çıxarılacaq

Azərbaycanda təkrarən sertifikasiyadan keçməyən müəllimlərlə bağlanan əmək müqaviləsi işəgötürən tərəfindən ləğv ediləcək.

 

Versus.Az xəbər verir ki, Milli Məclis tərəfindən yeni qəbul edilmiş “Əmək Məcəlləsi”nə dəyişikliklərin edilməsi barədə qanunda öz əksini tapıb.

Qanuna edilən yeni dəyişikliklərə əsasən, sertifikasiyadan “Təhsil haqqında” qanuna uyğun olaraq, təkrarən keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər.

 

Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə görə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərarın qəbul edilməsi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsası sayılır.

Bu bənddə “səlahiyyətli orqan” dedikdə təhsilverənlərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı başa düşülməlidir.

 

Qeyd edək ki, Əmək Məcəlləsinə və “Təhsil haqqında” qanuna edilən yeni dəyişikliklərə əsasən, dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər sertifikasiyaya cəlb ediləcəklər. Təhsilverənlər 5 ildə 1 dəfə sertifikasiyaya cəlb ediləcəklər. Hamilə qadınlar, uşağının 3 yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, uşağını təkbaşına böyüdən kişilər, ilk dəfə işə qəbul olunanlar (5 il müddətində), azı 3 dəfə sertifikasiyadan keçmiş şəxslər sertifikasiya olunmayacaqlar.

"Təhsil haqqında" qanuna edilən yeni dəyişikliklərə əsasən, üzrlü səbəbdən sertifikasiyada iştirak etməyən və ya sertifikasiyadan keçməyən şəxslər bir il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikasiyada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikasiyada iştirak etməyən şəxslər sertifikasiyadan keçməmiş hesab olunurlar.

Təhsil naziri Ceyhun Bayramov bildirib ki, müəllimlərin sertifikasiyası ilə bağlı xüsusi qaydalar hazırlanacaq. Qaydalarda bütün prosedurlar öz əksini tapacaq.

Xatırladaq ki, Əmək Məcəlləsinə və “Təhsil haqqında” qanuna edilən yeni dəyişikliklər artıq Milli Məclis tərəfindən qəbul edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür