Koronavirusa yoluxan idmançı güzgüdə özünü tanımadı - FOTO/VİDEO

07:28 06-07-2020 | icon 894 | İdman
Koronavirusa yoluxan idmançı güzgüdə özünü tanımadı - FOTO/VİDEO

Koronavirusa yoluxan amerikalı idmançı üç həftə huşsuz vəziyyətdə qaldıqdan sonra ayılıb, güzgüyə baxanda isə özünü tanımayıb. Belə ki, 40 yaşlı ABŞ-lı idmançı Əhməd Ayəd müalicə müddətində 28 kq arıqlayıb, əzələləri isə tamamilə yoxa çıxıb.

 

Bu barədə “The New York Post” xəbər yayıb.

 

İdmançı COVID-19-a yoluxana qədər boksla məşğul olub, marafonlarda iştirak edib.

 

Əhməd Ayəd mart ayında koronavirusa yoluxub. Cəmi dörd gün içində o, elə vəziyyətə düşüb ki, nəfəs almaqda belə çətinlik çəkib. Nəhayət, birtəhər xəstəxanaya gedib. Burada da onun vəziyyəti günü-gündən pisləşib, reanimasiyaya köçürülüb və ASV aparatına qoşulub.

 

Üç həftə komada qalan idmançı ayılanda 97 kq-dan 69 kq-a düşdüyünü və udqunma qabiliyyətini itirdiyini görüb.

 

 

Aparatdan ayılandan sonra o, əvvəlki görünüşünü qaytarmaq üçün əvvəlcə xəstəxana şəraitində, sonra isə evdə idmanla məşğul olmağa çalışıb. Ancaq düz bir ay istənilən fəaliyyət idmançıya təngnəfəslik yaradıb.

 

“Koronavirusa yüngül yanaşan insanlar məni narahat edir. Mən yoluxdum və sağaldım. Ancaq hələ də dəhşət içindəyəm”, - deyə Ayəd yaşadıqları barədə danışarkən vurğulayıb.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı