Cinsi yolla yoluxan XƏSTƏLİKLƏR

07:36 06-07-2020 | icon 336 | Sağlamlıq
Cinsi yolla yoluxan XƏSTƏLİKLƏR

Kişi və qadınlarda ƏLAMƏTLƏR

 

Bir çox xəstəliklərdən fərqli olaraq cinsi yolla keçən xəstəliklər sperma, vaginal axıntı və qan kimi bədən mayelərinin təması ilə insandan insana vaginal, anal və oral (ağız) yolu ilə yoluxur.

 
 
 
Versus.Az medicina.az-a istinadən xəbər verir ki, STD-si olan biri ilə qorunmasız vaginal, anal və ya oral cinsi münasibətdə olaraq, bu xəstəliklərdən birinə və ya bir neçəsinə rahatlıqla yoluxmaq olar. Bu cinsi yolla yoluxan xəstəliklərin yayılmasının tək yolu olduğu anlamına gəlməz. Spesifik cinsi yolla keçən xəstəliyə bağlı olaraq, infeksiya iynələrin paylaşımı və əmzirmə yolu ilə də keçə bilər.
 
 
 
Kişilərdə cinsi yolla keçən xəstəliklərin simptomları:
 
- Cinsi münasibət və ya idrar əsnasında ağrı və ya narahatlıq;
- Penisdə,xayalarda, anusda, qalçada, budda və ya ağızda yaralar, suluq və ya səpgilər;
- Penisdən qəribə axıntı və ya qanama;
- Ağrılı və ya şişmiş xayalar.
 
 
 
Qadınlarda cinsi yolla keçən xəstəliklərin simptomları:
 
- Cinsi münasibət və ya idrar əsnasında ağrı və ya narahatlıq
- Vaginada,anusda, qalçada, budda, ağızda və ya ağız çevrəsində yaralar, suluq və ya səpgilər
- Vaginadan qəribə axıntı və ya qanama
- Vaginada və ya çevrəsində qaşıntı
 
Spesifik simptomlar STD-dən asılı olaraq dəyişə bilir. Həmçinin onuda qeyd etmək lazımdır ki, bəzən cinsi yolla keçən xəstəliklər istər qadınlarda, istərsə də kişilərdə asimptomatik ola bilir, yəni hər hansısa bir simptom göstərmir.
 
 
 
Cinsi yolla keçən xəstəliklərin növləri:
 
 
- Xlamidiya (Chlamydia trachomatis)
- HPV (Human Papillomavirus)
- Sifilis
- HİV (Human immunodeficiency virus)
- Qonoreya (Gonorrhea)
- Trixomonas ( Trichomonas vaginalis)
- Herpes

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...