"Virusla mübarizəni hökumətin üzərinə atmaq olmaz"

10:39 06-07-2020 | icon 469 | Siyasət
"Virusla mübarizəni hökumətin üzərinə atmaq olmaz"

Fuad Əliyev: Onsuz da hökumət əhalinin sağlamlığını qorumaq istiqamətində bütün tədbirlərə əl atıb"

 

"Virusa yoluxma və ölüm halları artdıqca sərt karantin rejimi davam edəcək, hökumət sərt tədbirlərə əl atacaq. Bunlar heç də vətəndaşlarımızı qorxutmaq, təşvişə salmaq deyil, həyatımızı qorumaqdır".



Versus.Az xəbər verir ki, bunu açıqlamasında ALDP sədri Fuad Əliyev bildirib.

 

Partiya sədrinin fikrincə, karantin rejimində tətbiq edilən bütün məhdudiyyətlər hamı tərəfindən riayət edilməlidir:

 

"Çünki bu problem ümumxalq problemidir və infeksiya ilə mübarizədən qalib çıxmaq üçün hamı səfərbər olmalıdır. Hər birimiz özü ilə yanaşı ailəsini, qohumunu, dostunu, tanışını, ümumilikdə, əhalini düşünməliyik. Virusla mübarizəni hökumətin üzərinə atmaq olmaz, onsuz da hökumət əhalinin sağlamlığını qorumaq istiqamətində bütün tədbirlərə əl atıb. Dayanmadan maariflənmə işləri aparılır, ekspert, həkim, mütəxəssis tövsiyyələri ictimailəşdirilir, əhalidən acizanə surətdə qaydalara riayət olunması xahişi edilir. Gəlin, bir az biz də insaflı olaq, qaydalara riayət edək, həyatımızı qoruyaq".



F.Əliyev qeyd edib ki, bunun üçün yalnız 3 sadə məhdudiyyətə əməl edilməsi tələb edilir: məsafə, maska, sanitar qaydalara riayət etmək. Xüsusilə də əhalinin sıx təmasda olduğu məkanlarda bu qaydalara riayət edilməsi üzərində ictimai nəzarət olmalıdır:

 

"Hər bir vətəndaş birlikdə bu mübarizəyə qoşulmalıdır. Hamı bu tələblərə riayət etsə, pandemiyaya əlvida deyə bilərik. Hazırda bu sahədə vahid dünya təcrübəsi mövcud deyildir. İnfeksiyanın yayılmasının qarşısını almaq üçün yeganə tələb qaydalara hamı tərəfindən və ciddi əməl etməkdir. Bir-birimizə, ətrafımızdakılara laqeyd qalmayaq, hamını düşünək. Məsuliyyətsizliyimiz ölümə yol aça bilər, bu yolu bağlayaq". /xalqcebhesi.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI