Karantini pozub toy etmək istədilər...

12:19 06-07-2020 | icon 717 | Cəmiyyət
Karantini pozub toy etmək istədilər...

Polis bəyi və qonaqları saxladı

 

Xaçmazda sərtləşdirilmiş karantin rejiminin ilk günündə toy mərasimi etmək istəyən şəxslər saxlanılıb.

 

Versus.az DİN-ə istinadən xəbər verir ki, iyul ayının 5-də polisə Yalama kəndi ərazisində yerləşən evlərin birində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar, bəy Şahverdi Rüstəmov və digər qonaqlar saxlanlıraq polis bölməsinə gətiriliblər.

 

Bölmədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Ş.Rüstəmov və məclisdə iştirak edən 14 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin,za sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə ediliblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...