Prororsional seçkiyə iqtidar-müxalifət YANAŞMASI

09:56 07-07-2020 | icon 481 | Siyasət
Prororsional seçkiyə iqtidar-müxalifət YANAŞMASI

"Hər şey iqtidardan asılıdır..."

 

"2002-ci ildən ləğv olunan proporsional sistemin bərpası məsələsi yenidən gündəmə gəlib. İqtidarın müxalifətə qarşı açılım etməsi, son 15 ildə siyasi partiyaların qeydiyyatında yaranan sükutu pozaraq, bir-birinin ardınca partiyaları qeydə alması müəyyən ümidlər yaradıb".

 
 
Versus.Az xəbər verir ki, məsələyə iqtidar və müxalifət yetkililəri münasibət bildirib.
 
 

"Demokratik Azərbaycanı görmək istəyirlərsə..."

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev siyasi islahatları vacib sayıb:

 

“Hesab edirəm ki, belə görüşlərin keçirilməsi çox vacibdir. Amma bu məsələdə kiməsə xüsusi diqqət ayrılmasına inanmıram. Burda söhbət ümumi problemlərdən gedir. Misal üçün partiyamızın qeydiyyatı var. Amma buna baxmayaraq mən keçirtdiyim görüşlərdə bu və digər məsələləri qaldırmışam".
 
 
Partiyaların qərargah problemləri, parlament seçkilərində iştirak edən amma parlamentə düşməyən partiyaların dövlət tərəfindən maliyyələşmə, proporsional seçki sisteminin bərpası kimi məsələləri müzakirə etdiyini qeyd edən ALDP sədri vurğuladı ki, bu problemləri digər partiyalar da gündəmdə saxlayır:
 
 
"Sevindirici haldır ki, son vaxtlar göndərdiyimiz təkliflərin bir hissəsini hakimiyyət həyata keçirib. Misal üçün, bir neçə partiyanı qeydiyyata alıblar. Dostlarımızın rəhbərlik etdiyi Ağ Partiya və Azad Azərbaycan partiyasını misal çəkə bilərəm. Hesab edirəm ki, hər şey iqtidardan asılıdır. Demokratik Azərbaycanı görmək istəyirlərsə, siyasi islahatlara getməlidirlər”.
 
 

"Hər kəs öz seçimini edir..."

 

Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə proporsional seçki sisteminin bərpası barədə gedən müzakirələrə mövqesində bildirib ki, hal-hazırda majoritar sistem özünü doğruldur:

 

"Proporsional sistemin bərpası gələcəyin işidir. Ola da bilər, olmaya da. Bu barədə heç kəs qəti fikir söyləyə bilməz. Bu gün majoritar qayda ilə seçilən deputat konkret olaraq seçiciləri qarşısında hesabat verir, seçicisinin problemlərini həll edir, onun problemlərini parlamentdə qaldırır. İqtidarla müxalifətin təmaslarının artmasını proporsional sistemin bərpasının müzakirəsi kimi qəbul etmirəm. Bu, Azərbaycanda iqtidar-müxalifət münasibətlərinin yeni bir səviyyəyə çıxması, hər iki tərəfin Azərbaycan üçün öz məsuliyyətini hiss etməsi deməkdir. İqtidar bu məsuliyyəti hiss edir. Müxalifətin bir hissəsi ümummilli məsələlərlə bağlı təkliflərini verir, mövqeyini ortaya qoyur. Sözün həqiqi mənasında bir hissəsi də cəbhə quraraq izolyasiya olunmuş şəkildə fəaliyyət göstərir. Bir sözlə, hər kəs öz seçimini edir”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi