“Fairmont” müştərilərindən üzr istədi

09:05 08-07-2020 | icon 590 | Sosial
“Fairmont” müştərilərindən üzr istədi

COVID-19-un yayılmasına qarşı mübarizəni dəstəkləmək məqsədilə "Fairmont Baku" ərazisində yerləşən açıq hava hovuzunun fəaliyyətini dayandırır.

Versus.az xəbər verir ki, bunu açıqlamasında "Fairmont Baku Flame Towers"in baş meneceri Metyu Qreppo bildirib.

Onun sözlərinə görə, bütün təhlükəsizlik tədbirlərinə uyğun olaraq otel fəaliyyət göstərməyə və qonaqları qəbul etməyə davam edəcək:

"Fairmont Baku"da yüksək sanitariya standartlarına bütün sahələrdə riayət olunur və bura sağlamlıq və təhlükəsizlik tələbləri daxildir. COVID-19-un yayılmasına qarşı mübarizə tədbirləri kimi tətbiq olunan standartlar TƏBİB tərəfindən hazırlanmış tövsiyələrə tam uyğundur. Bizim üçün əsas məsələ qonaqlarımızın sağlamlığı və rifahıdır. Buna görə də biz Azərbaycanda karantin məhdudiyyətləri aradan qaldırılana qədər otelimizin açıq hava hovuzunun fəaliyyətini dayandırmaq qərarına gəldik. Biz bu yaxınlarda oteldə qalarkən xoş olmayan vəziyyətlə üzləşən qonaqlarımızdan üzr istəyirik".



Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən "Fairmont Baku" otelindən görüntülər yayılıb. Görüntülərdə karantin qaydaların pozulması müşahidə edilib. Yayılan görüntülərdə xeyli sayda insanın ümumi hovuzdan istifadə etdiyi də görünür. İnsanlar, həmçinin otelin rəsmi "Instagram" səhifəsindən də vətəndaşları otelə dəvət edərək istirahət etməyə çağırış ediblər. Bundan sonra polis "Fairmont Baku" otelində karantin rejimini pozan şəxslərə qarşı əməliyyat keçirib. /APA/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı