Ramiz Mehdiyev ittihamlara CAVAB VERDİ

09:16 08-07-2020 | icon 357 | Siyasət
Ramiz Mehdiyev ittihamlara CAVAB VERDİ

“Yazılanlar həqiqəti əks etdirmir”

 

“Azərbaycan mətbuatında Prezident Administrasiyasında işlədiyim dövrün bəzi hadisələri haqqında yazılan məlumatlar həqiqəti əks etdirmir. Əvvəla, həmin yazıların müəlliflərinin bir çoxu müxalif mövqedə olan, bəziləri isə müxtəlif səbəblərdən hakimiyyətdən uzaqlaşdırılmış və ya hakimiyyətdə yenidən mövqe qazanmaq istəyən şəxslərdir ki, Ramiz Mehdiyev mövzusu onlara bu və ya digər şəkildə niyyətlərinə çatmaq üçün əlverişli bir vasitədir. Yazılanların hamısı birtərəfli qaydada təhrif edilərək təqdim olunan, şəxsi məqsədlərə xidmət edən uydurma və böhtanlardan ibarətdir”.

 

Versus.az xəbər verir ki, bu fikirləri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev mətbuatda barəsində yazılanları şərh edərkən deyib.


“Bildirmək istəyirəm ki, ölkəmizə uğurla rəhbərlik etmiş ümummilli lider Heydər Əliyevin və yeni tarixi mərhələnin lideri İlham Əliyevin siyasətinə daim sədaqətlə xidmət etmişəm, ölkə rəhbərinin xalqımızı böyük çətinliklərdən qurtararaq bugünki inkişaf mərhələsinə çıxaran müdrik və uzaqgörən idarəçilik fəlsəfəsinin həyata keçirilməsinə sidqi-ürəklə xidmət etmişəm.

Müxtəlif dövrlərdə Vəzirovun, Mütəllibovun, Xalq Cəbhəsinin, haqsız, iddialı və narazı qrupların təzyiqlərinə, təhqirlərinə, hədə-qorxularına baxmayaraq Heydər Əliyev – İlham Əliyev yoluna sadiq qalmışam, gənclik dövründən bu günə qədər heç vaxt öz əqidəmdən dönməmişəm. Fəaliyyətimin başlıca amalını həmişə ümummilli liderin, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan müstəqillik və azərbaycançılıq siyasətinin sərf etməkdə görmüşəm.

Möhtərəm Prezident İlham Əliyevin “Ölkəmizin uğurlu və hərtərəfli inkişafında sizin çox böyük və danılmaz rolunuz var. Siz həmişə dövlətçiliyi hər şeydən üstün tutmusunuz” sözləri mənim üçün hər şeydən daha yüksəkdə dayanan bir qiymətdir.

AMEA-nın prezidenti kimi də ölkəmizin rəhbəri İlham Əliyevin elmimiz qarşısında qoyduğu vəzifələri ləyaqətlə və məsuliyyətlə həyata keçirməyi, cənab Prezidentin məni təyin etdiyi bu vəzifədə dövlət başçısına həmişə olduğu kimi bütün sahələrdə köməklik göstərməyi özümə borc bilirəm”.

 

 
Qeyd edək ki, son vaxtlar Ramiz Mehdiyev bəzi şəxslər tərəfindən müxtəlif məsələlərdə ittiham olunur.  Həmin şəxslər ya vaxtilə onunla birlikdə hakimiyyətdə təmsil olunublar, ya da iqtidaruönlü simalar kimi tanınıblar. Bu sırada YAP-ın qurucularından olmuş sabiq deputat Maksim Musayev, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Prezident katibliyinin keçmiş rəhbəri Eldar Namazov, YAP Siyasi Şurasının üzvü, eks-deputat Musa Musayev, "Yeni Azərbaycan" qəzetinin keşmiş baş redaktoru Alqış Həsənoğlu, eks-YAP-çı deputat, Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlu və digərlərinin adını çəkmək olar.



Onlar Ramiz Mehdiyevi hakimiyyət daxilində klan yaratmaqda, intriqa ilə məşğul olmaqda, rüşvətxor məmurları vəzifəyə təyin etməkdə və başqa bu kimi "qara işlər"də ittiham ediblər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI