Probelm var və…

10:49 19-08-2017 | icon 889 | Kürsü
Probelm var və…

Aydın Mirzəzadə
/Millət vəkili/

Son günlər yaşayış məskənlərimizdə sahibsiz itlərin yaratdıqları təhlükə probelmi ictimaiyyətin ən müzakirə edilən məsələlərindən birinə çevirilib.

Təhlükə isə doğrudan da var. Tək Bakıda deyil, ölkəmizin bir çox bölgələrində sahibsiz itlərə rast gəlmək mümkündür. Onların tez-tez sürü halında hərəkətləri isə hər kəsdə vahimə yaradır.

Problem çoxdan var idi, ancaq təəssüf ki, probelmi birdəfəlik həll etmək üçün bu günlərdə Sumqayıt şəhərində quzud sahibsiz itin 5 yaşlı Zeynəb Mikayılzadəni dişləməsi və körpə qızın bu səbədən ölməsini gözləmək lazım gəldi.

Son iki gündə mətbuatda Bakıda və Sumqayıtda sahibsiz itlərin zərəsizləşdirilməsi barədə məlumatlar verilir. Gec də olsa probelmin həllinin üstünə düşülməsi hər halda yaxşı xəbərdir. Deməli digər Zeynəblərin körpə ikən ğölməsi halları nəzəri cəhətcə mümkün olmayacaq.

Artıq ortada yenə də müqyyən suallar qalmaqdadır.

Birincisi, sahibsiz itlər ancaq Bakı və Sumqayıtda deyildir. Bu problemin digər şəhər və rayonlarımızda həlli ilə bağlı da məlumatlar verilməsi düzgün olardı.

İkincisi, Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin sahə rəisi Ərəstun Əmiraslanov mətbuata açıqlamasında bildirir ki, sağlam və axtalanmış itlər rəqəmlənərək şəhərə buraxılır. Həmçinin onun “yalnız müraciət daxil olduğu halda itlər ərazilərdən götürülərək müayinə, müalicə edilir” açıqlamsı isə təəccüb yaradır.

Mən baytarlıq elmindən uzaq insanam, ancaq bilmək istəyirəm ki, məgər sağlam itlər insana hücüm etmirlərmi, insanı dişləmirlərmi? İnsanlar sahibsiz itə və ya it sürüsünə rast gələndə onların quduz olmadığına nədən arxayın olmalıdır, bəlkə onlardan rəqəmlərini soruşmalıyıq?

Həmçinin itlərin yoxlandıqdan sonra yenidən şəhərə buraxılmasının səbəbi anlaşılmazdır. Yaşayış yerlərində sahibsiz itlər olamamalıdır. Onlar yenidən əhali üçün təhlükə mənbəyidir, yenidən quduzlaşa bilərlər.

Bir də ki, müvafiq idarələr sahibsiz itlərlə ancaq müraciət etdikdə məşğul olmamalıdırlar. Bu onların birbaşa vəzifəsidir, onlar öz sahələrinə gündəlik nəzarət etməlidirlər, bunun üçün müraciət gözləməli deyillər.

Probelm var və o ciddi nəzarətdə saxlanılmalıdr, yoxsa vaxtaşırı gözlənilməyən yerlərdə ağır nəticələr verə bilir. İki həftə əvvəl avtobus dayanacağında it sürüsü tanınmış jurnalsit Ağanisə Sultanovanı dişləmişdi, 5 yaşlı Zeynəbin it dişləməsindən ölməsi isə bütün cəmiyyətə ittihamdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür