"Bu adamlar AXC-ni “sataraq” keçmişdilər Ramiz Mehdiyevin tərəfinə, indi isə"

10:05 08-07-2020 | icon 463 | Siyasət
"Bu adamlar AXC-ni “sataraq” keçmişdilər Ramiz Mehdiyevin tərəfinə, indi isə"

Fuad Əliyev: "Fikiləşirlər ki, hakimiyyətin yeni komandası onları qəbul edəcək"

 

 

Müxtəlif siyasi partiyaların olması fikir müxtəlifliyinə, siyasi səhnənin rəngarəng olmasına dəlalət edəcək.

 
 
Versus.Az xəbər verir ki, bunu "Yeni Müsavat" qəzetinə müsahibəsində Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.
 
 
Prezident Administrasiyasında görüşlərin müxalifəti ümidləndirib ümidləndirməməsi məsələsinə toxunan partiya sədri bildirib ki, ALDP olaraq ilk günlərdən iqtidar-müxalifət görüşünə çox normal yanaşılıb:
 
 
"Çünki indiki dövrdə müxtəlif fikirlərin olması, fərqli təkliflərin müzakirə olunması ölkənin iqtisadi, epidemioloji durumdan çıxması, həm də ölkədə yeni bir prosesin yaranması üçün təkan verə bilər. Partiyaların qeydiyyatdan keçməsinin sadələşdirilməsi və əngəllərin aradan qaldırılması pozitiv bir məsələdir. Müxtəlif siyasi partiyaların olması fikir müxtəlifliyinə, siyasi səhnənin rəngarəng olmasına dəlalət edəcək. Amma iqtidar-müxalifət dialoqu tamam fərqli bir məsələdir. Kiminsə şəxsi problemi varsa gedib görüşə bilər, bu başqa bir məsələdir. İqtidar-müxalifət görüşü olursa, bu cəmiyyətə mütləq açıq olmalıdır. İndi biz ilk, tanışlıq harakterli görüşdə iştrak etmişik. Bu görüşlərin davam olunmasında, olub-olmamasında müxalifətdən çox iqtidardan asılıdr. Bu proses ardıcıl və davamlı olmalıdır. Kampaniya xarakterli və protokol qaydasında olmamalıdır. Hardasa ümidim var ki, iqtidarın elan olunmuş islahat və yeni kurs kağız üzərində qalmaz. Azərbaycanın demokratik və güclü dövlət olduğunu zaman göstərəcək".
 
 
F.Əliyev vurğulayıb ki, təbii olaraq bu prosesi zədələmək istəyən, pozmaq istəyən qüvvələr də ola bilər:
 
 
"Bu prosesi pozmaq istəyənlərə, onu deyə bilərəm ki, bunlar həmişə olub və olacaq. Artıq iqtidara yaxın olanlar bunu açıq bəyan edirlər. Bəzi keçmiş deputatların və Fəzail Ağamalının silsilə açıqlamaları bunun sübutudur. Vaxtı ilə Ramiz Mehdiyevin kölgəsində “sığınacaq” tapanlar, onun yazdığı kitabları bəh-bəhlə tərifləyənlər, indi başlayıblar onun keçmiş “sirlərini” açmağa. Halbuki biz bunları bilirdik və deyirdik. Bu adamlar AXC-ni “sataraq” keçmişdilər Ramiz Mehdiyevin tərəfinə. İndi isə özlərini ondan “təmizləmək“, sığortalanmaq üçün onu “satırlar” və fikiləşirlər ki, hakimiyyətin yeni komandası onları qəbul edəcək. Hesab edirəm ki, bu təxribatın bir hissəsidir. Maliyyə resursların olunması baxımnan vurulanlar, komandadan uzaqlaşdırılanlar təxribat törədib, prosesi zədələmək istəsələr belə, onlarda heç nə alınmayacaq. Proses artıq qedir".
 
 
LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Təhsil Nazirliyindən yeni tədris ilinin başlaması ilə bağlı AÇIQLAMA

96 yaşında universiteti bitirdi - VİDEO

“20 sotadək pay torpağı olanlar məşğul hesab olunmasınlar”

“Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir”

Andiçmə mərasimlərində valideynlərin iştirakı qadağandır

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 35 dəfə pozub

Rövnəqi, Cahangiri, Əhmədi müzakirə edib qurtarmamış...

Atəşkəs rejimi 34 dəfə pozulub

MÜSTƏQİL DÖVLƏTİN MÜSTƏQİL LİDERİ

Rayonlara gediş-gəlişin bərpa oluna biləcəyi TARİX

Məktəblərin açılması ilə bağlı VACİB AÇIQLAMA

Fırıldaqçıların ən sevdiyi şifrələr

Koronavirusla bağlı SON STATİSTİKA

D vitamini əskikliyindən yaranan 8 xəstəlik

Milli Şuraya Okeanın o tayından da irad bildirildi