Azərbaycanı güc mərkəzinə çevirən şərtlərin “Yol xəritəsi” - MÜSAHİBƏ

10:45 08-07-2020 | icon 836 | Siyasət
Azərbaycanı güc mərkəzinə çevirən şərtlərin “Yol xəritəsi” - MÜSAHİBƏ

Bəhruz Məhərrəmov: “Bunlar hər hansı qüvvəni sevindirirsə, bu artıq hakimiyyətə yox, dövlətə müxalif olmaq deməkdir?”

 

Qlobal Pandemiya təhlükəsi dünya və region dövlətlərini öz nəzarəti altına alıb. Məhz dünyanın “diqtə” ilə idarə olunduğu bir vaxtda Prezident İlham Əliyevin beynəlxalq videokonfransların təşkili ilə bağlı təşəbbüslərinin müsbət qarşılanması gündəmin əsas müzakirə mövzusu olaraq müzakirə edilir. Azərbaycanın aparıcı olaraq beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, həm də erməni terrorçuları tərəfindən cəlb olunduğumuz münaqişənin həllində beynəlxalq dəstəyin alınmasına yönəlik uğurlu “yol xəritəsi” kimi də dəyərləndirilir. Azərbaycanın güclənməsinə qarşı çıxan və onu öz nəzarətindən çıxarmaq istəməyən  xarici əks kəşfiyyatın ölkə daxilində ciddi cəsus şəbəkəsi yaratması da əsas təhlükə kimi qeyd olunur. Buna görə də daxildə dialoq mühitinin formalaşması əsas vəzifə kimi qarşıya qoyulur. Nə baş verir, Azərbaycanın regionun güc dövlətinə çevrilməsi kimin maraqlarına uyğun deyil. Yaxud Azərbaycan bu gün hansı təhlükə ilə üz-üzə qalıb?

 

Versus.Az xəbər verir ki, millət vəkili Bəhruz Məhərrəmov müsahibəsində bu və ya digər maraqlı nüanslara diqqət çəkib.

 

- Bəhruz müəllim, necə hesab edirsiz, bu gün regionda fərqli svilizasiyaların qovşağında yerləşən Azərbaycan üçün hansı fürsət tanına bilər?

 

- Cənubi Qafqaz geosiyasi maraqların toqquşması baxımından mürəkkəb regiondur. Cənubi Qafqazın əsas güc mərkəzi isə Azərbaycandır. Bunun da çox sadə səbəbi var. Azərbaycan öz balanslaşdırılmış siyasiəti ilə digər qonşularımızdan fərqli olaraq həm Rusiya, həm də Qərblə münasibətlərini normal qoruyub saxlaya bilib. Hazırda Rəsmi Bakı elə bir mizan qurub ki, nə şimaldan, nə də qərbdan bu balansın pozulmasına faktiki olaraq radikal cəhd yoxdur. Bir sözlə əslində hələ bitməmiş olan soyuq müharibənin neytral zonası məhz bizim ölkədir. Yaxın keçmişdəki Rusiya NATO danışıqları, habelə bu kimi oxşar diplomatik proseslər dediklərimizin bariz sübutudur. Üstəlik, Azərbaycanın son 20 ildə iqtisadi resurslarının möhkəmləndirməsi, donor ölkəyə çevrilməsi, ölkədə islahatların, korrupiya və rüşvətxorluqla mübarizədə radikal addımların atılması ilə ölkənin artan nüfuzu, habelə COVİD-19 la bəşəri mübarizədə siyasi səylərin birləşdirilməsində təşəbbüskarlıq cəhdləri faktiki olraq Azərbaycan üçün yeni imkanlar açıb. Azərbaycana təcrübəli diplomat rəhbərlik edir və mövcud siyasi vəziyyətdən ölkənin və xalqın maksimal uduşlu çıxacağına şübhəm yoxdur.

 

- COVİD-19 pandemiyası qlobal güclər arasında gedən savaşın təzahür formalarından biridirsə, Azərbaycan yeni dünya düzəninin formalaşmasında geosiyasi, geoiqtisadi və geomədəni imkanlarından istifadə edərək, regionda hansı konfederativ birliyin meydana gəlməsində fəal rol oynaya bilər? Regionda iddia olunduğu kimi Türkiyə, Qazaxıstan, Pakistanın təmsil olunduğu belə bir birliyin meydana çıxması nə dərəcədə real görünür?

 

- Yaxın tarix onu göstərir ki, Azərbaycan ümumi rifah və sülhün möhkəmləndirilməsi naminə, süverenliyimizi təhdid etməyən, milli maraqlarımıza cavab verən birgə fəaliyyətin bütün formalarına açıqdır.  “Çinə bayraq sancmaq” iddiasında olan 90-cı illər siyasi hakimiyyətindən fərqli olaraq bu gün rəsmi Bakı gücünün və imkanlarının həddini yaxşı bilir, nəticə də ondan ibarətdir ki, İlham Əliyev  münasibətlərin balanslı davamına nail ola bilmişdir. Bu gün dünyada Azərbaycanın rəqib yaxud hədəf kimi baxdığı dövlət yoxdur, Bakı üçün rəqibləri yox, tərəfdaşları mövcuddur. Belə olan halda Azərbaycanın kiminləsə tərəfdaşlığı bölgədə və regionda ciddi etirazla qarşılanmır. Əksinə, Azərbaycanın güc mərkəzi kimi bu tərəfdaşlığı bəşəriyyət üçün faydalıdır. Məsələn, Türkiyə-Rusiya münasibətləri pisləşən zaman proseslərin yoluna qoyulmasında İlham Əliyevin xüsusi səylərini hər iki dövlət başçısı açıq formada bəyan ediblər. Qeyd etdiyim kimi, pandemiya şəraitində xüsusi siyasi aktivlik nümayişi, 130 dövlətdən Azərbaycanın çağırışına müsbət reaksiya gəlməsi, artıq rəsmi Bakının yeni dünya düzəninin formalaşmasında geosiyasi, geoiqtisadi və geomədəni imkanlarından maksimal və uğurlu formada yararlanma cəhdlərinin göstəricisidir.

 

“Bu gün ölkədə sabiq müdafiə nazirinin “lazım”ını gözləmək tendensiyası və həvəsi yoxdur

 

- Bəllidir ki, Azərbaycan “erməni virusu” ilə də mübarizə aparır. Hətta ermənilər yeni ərazi iddiaları ilə də çıxış edirlər. Hərbi yolla Azərbaycanın öz ərazilərini azad etməsinə imkan verməyən beynəlxalq təşkilatlar nəyə görə Ermənistana ərazilərimizdə apardığı infrastruktura, köçürmələrə, eləcə də Ermənistanın qeyri-qanuni əməllərinə reaksiya vermir?

 

- Mən xalqların düşmən olmaması kimi ideallara inanmaq istəyən adamam. Lakin, tarix və xronoloji statistika onu göstərir ki, erməni toplumu bizə düşməndir və bu düşmənlik ideoloji xəttdir. Lakin eyni zamanda mənim subyektiv firkim ondan ibarətdir və ona inanıram ki, şovinist erməni ideologiyasının daşıyıcısı olan sonuncu erməni məhv edildikdən sonra xalqarımızın uzunmüddətli və daimi sülh şəraitində birgə yaşaması mümkündür. Lakin görünən odur ki, ermənistan siyasi hakimiyyəti özü iqtidarda qalmaq, diaspora təşkilatlarından pul dilənmək naminə sonuncu ermənini belə qurban verməyə hazırdırlar. Azərbaycanın diplomatik ritorikası aydındır. Biz son bir əsrlik tarixi ədalətin bərpasında iddialıyıq və iddiamızın arxasında real güc və imkan dayanır. Bu gün ölkədə sabiq müdafiə naziri Səfər Əbiyevin “Lazım”ını gözləmək tendensiyası və həvəsi yoxdur. Qoşunlarımızın təmas xəttində mütəmaddi olaraq irəliləmələr var, 3 il əvvəlki və indiki səngər xətlərimiz arasında əhəmiyyətli dəyişikliklər var, cəbhəboyu faktiki bütün strateji üstünlük ordumuzdadır. Ermənistanın paytaxtı və həyati əhəmiyyətli bütün obyektləri Azərbaycan yeni nəsil raketlərinin hədəfindədir, hansı ki, ermənistan hava hücumundan müdafiə qüvvələri bu silahlar qarşısında birmənalı acizdir. Beynəlxalq hesabatlarda da qeyd edildiyi kimi, Azərbaycan Ermənistanın bütün ərazilərini dron pərdəsi ilə örtəcək qədər imkanlara sahibdir. Əlbətdə ən yaxşı qələbə qan tökülmədən əldə olunan qələbədir, hər ötən gün bizi ona aparır. Təsəvvür edin, 5 ildə ermənistan əhalisi azı 700 min nəfər azalıb, ölkə əhalisinin böyük əksəriyyəti yalnız qadın və qocalardan ibarətdir. Yəni bu dəfə müharibə elə qısamüddətli olacaq ki, erməni hakimiyyətinin kömək üçün xaricə müraciətə vaxt və imkanı qalmayacaq. Beynəxlalq təşikilatların mövqeyi isə əslində erməni diasporasının təsiri ilə ifadə olunan və yuxarıda qeyd etdiyimiz amillərdən doğan narahatlıqdır.  Lakin, Azərbaycan suveren dövlətdir və inanıram ki, ərazi bütövlüyümüzün və tarixi ədalətin müharibə yolu ilə bərpasına kimsə mane ola bilməyəcək.

 

- Demək olar ki, bütün çıxışlarda Azərbaycanın daxilində islahatlar üçün əngəl olan dərin casusluq şəbəkələrinin olmasından danışılır. Hazırda bu şəbəkə nə dərəcədə aktivdir və bu, hansı güclərin marağı ilə meydana çıxır?

 

- Əvvəlcə ondan başlayım ki, Azərbaycan güclü dövlətdir və mərkəzi hakimiyyət bu gün heç vaxt olmadığı qədər güclüdür. Lakin, Azərbaycanda zamanla dövlət içində dövlət qurulması cəhdləri olub, müəyyən strukturlar zəbt edilib. Korrupsiya və rüşvət bu qanunsuz gizlin qruplaşmanın əsas gəlir mənbəyi, eyni zamanda silahı olub. Həmin qüvvələrin əlində, onların maliyyələşdirdiyi radikal müxalifət cəbhəsi, media ordusu, troll dəstələri olub. Ən dəhşətlisi isə bu qüvvələrin “mediaya yardım” adı altında dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi həyata keçirilib və leqal maliyyələşdirilmə mexanizmi mövcud olub. Habelə, həmin jurnalistlər və trollara özünü dolandırma imkanı yaradılıb və boğaza qədər korrupsiyaya bulaşmış bir sıra qurumlar da “aylıq haqq” adı ilə həmin “qələm sahiblərini” dolandırıb. Lakin başlanan islahatlar dalğası, cənab İlham Əliyevin rəhbərliyi, Birinci Vitse Prezident Mehriban xanımın qətiyyətli dəstəyi ilə artıq daşlar yerinə oturmaqdadır. Baş verənlər, son hadisələr, yeni söyüş kampaniyası və sair “5-ci kolon”un son çırpınışlarıdır. Artıq mərkəzi hakimiyyət demək olar ki, tam təmizlənib arınmaq üzrədir. Lakin rayonlarda “bəd xassəli xırda törəmələr” hələ də qalır .Təsəvvür edin, Biləsuvar kimi aqrar rayonda belə bunların uzantıları olub, “jurnalist”, “yazar”, “aktiv”, “bloqqer” və sair adlarla rayonda 15-20 nəfər “zəhmətkeş” eyni qaydalarla oynamaqda,  şantaj və təhdidlərlə ictimayətə narahart etməkdə davam edir, bir sıra yerli strukturların rəhbərləri isə onları gizli şəkildə maliyyələşdirməkdə davam edir. Təbii ki, cənab Prezidentin başlatdığı islahatlar dalğanın əsl gücünü tezliklə rayonda da hiss etdirəcəyik və adları hər kəsə bəlli olan bu insanlar və onların siyahısı tam dəqiqliklə, faktlar əsasında müəyyən olunmuş rayondakı maliyyə dayaqları qanunun ən sərt üzünü görəcəklər.

 

- Bəhruz müəllim, reallıq budur ki, regionda marağı olan güclər Azərbaycanı digərinə güzəşt etmək istəmirlər. Buna görə də, Azərbaycanın daxilində islahatlara əngəl olan dərin casusluq şəbəkələrinin yaradıldığı deyilir. Bu şəbəkənin olması Qarabağın işğalda qalmasına səbəbdirsə, o zaman hansı addımlar atılmalıdır?

 

- Sualın əsas hissəsinə əvvəlki cavabımda toxunmuşam. Dövlət öz üzərinə düşəni edir və edəcək də. İndi əsas məsuliyyət vətəndaşımızın üzərindədir. İnsanımız hər qulağa xoş gələn avaza inanmamalıdır. Məsələn, “hər bir vətəndaşa 1 milyon manat verilsin” kimi qulağa xoş gələn ifadələr səsləndirmək asandır. Reallqıda bu mümkündürmü? Məsələnin mahiyyətinə varmaq lazımdır. Vətəndaş ondan istifadə olunmasına yol verməməlidir. Əlbətdə ayrı-ayrı sahələr üzrə fəaliyyəti tənqid edib alternativ və konkret yollar göstərən insanlarımız var, aşkar görünür ki, belə ziyalıları xalqın dövlətin taleyi maraqlandırır. Lakin, vətəndaş anlamalıdır ki, bu gün ictimai narazılıqları radikal formada dilə gətirənlərin böyük əksəriyyəti özünə idarəcilikdə, cəmiyyətdə yer tapa bilməyib narazı qalan adamlardır. Əgər hakimiyyətdə onlara xırda bir vəzifə verilsə, həmin adamlar ən alovlu hakimiyyət təbliğatçılarına dönəcək. Yəni bir sözlə,  vətəndaşın eşitmək istədiyini utopik ideyaları dilə gətirib kütlə toplamaqla həmin şəxslər yalnız öz qisasını, çatışmazlıq kompleksini tamamalamağı hədəfləyir.

 

- Dəfələrlə qeyd olunub ki, Azərbaycanın Qarabağ problemini nə Rusiya, nə də Qərb həll etmək iqtidarında deyil və problemin həlli özümüzdədir. Bu problemi yaradan və davamlı olaraq bizim aciz, zəif olduğumuzu bizə aşılayan qüvvələrin yaratdığı stereotipdən xilas olmaq üçün cəmiyyət olaraq nə edirik?

 

- Bu streotiplər əvvəl var idi. Aprel döyüşləri, daha sonra ötən ildən güclənən islahatlar dalğası milləti də sanki ikinci dəfə oyatdı, şüurları da bu işğaldan xilas etdi. Ona görə də hesab edirəm ki, qısa zamanda ümumiyyətlə cəmiyyət olaraq belə problemlərdən qurtula biləcəyik.

 

- Regionda marağı olan güclərin bir-biri ilə apardığı savaşda Qarabağ məsələsinin həlli hansı kontekstdən görünür?

 

- Siyasi proseslər onu göstərir ki, Rusiyada Azərbaycana baxış dəyişib. Artıq bizə düşmən kəsilmiş ənənəvi rus mediası Azərbaycanı ermənistandan daha üstün partnyor klimi təqdim etməyə, illərdən bəri əksini təlqin etdiyi təbliğatın nəticələrini aradan qaldırmağa çalışır. Habelə qərb də. ABŞ Prezidentinin son məktubunun mətni yəqin ki, xatirinizdədir. Habelə, Avropa İttifaqının son qətnamələrinə baxaq.  Artıq dünya Azərbaycanın güc tətbiqi imkanı ilə hesablaşmağa başlayıb. Əlbətdə bütün bunların fonunda görünən kontekst güclənən Azərbaycan, reallaşmaqda olan müharibə ehtimalı və bir də hərbi yolla bölgədə sülhün bərpası imkanları görünməkdədir.

 

- Bəhruz müəllim, Rusiyadan, Qərbdən idarə olunduğu iddia olunan radikal müxalifətin dövlət maraqlarına xəyanət etmələri barədə müxalifət partiyaları tərəfindən də tənqidi çıxışlar var. Müxalifətdə hansı ələnmə prosesi gedir və radikal müxalifət nə dərəcədə təhlükə yarada bilər?

 

- Hər bir vətəndaşın hakimiyyətdə təmsil olunmaq haqqı var və ana yasamız bu haqqı 25 il əvvəl tanıyıb. Müxalifət də mövcud idarəçidən narazı olan və hakimiyyət iddiasında olan qüvvəyə deyilir. Müxalifət bütün hallarda idarə etməkdə iddialı olduğu dövlətin güclü olmasında maraqlı, siyasi kompramislərə isə hazır olur. Azərbaycanda belədirmi? Neftin qiymətinin azalması, koronavirusdan ölənlərin sayının artması əgər hər hansı qüvvəni sevindirirsə, bu artıq hakimiyyətə yox, dövlətə müxalif olmaq deməkdir. O ki, qaldı təhlükəyə, Azərbaycanda təhlükə doğura biləcək güc yoxdur. Ümumiyyətlə, ölkədə mövcud hakimiyyətdən başqa əsaslı güc mərkəzi yoxdur. Lakin, təhlükəli və zərərli ideyaları yayan, yaxud yaymaq əmri alan xırda, radikal qruplar var, hansı ki, illərdir gənc istedadlı insanların hissləri ilə oynayaraq, onları pozuntuya sövq edir, həyatlarını alt-üst edirlər. Özləri isə heç nə, əvvəlki kimi yerlərində, amplularında. Hesab edirəm ki, islahatlar nəticəsində dövlət daxilindən maliyyə dayaqları kəsildiyi üçün belə qüvvələr də tezliklə siyasi səhnədən silinəcək.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI