“Ölkədə güc sahibi olan MMP-yə də diqqət yetirilməlidir”

19:13 08-07-2020 | icon 570 | Siyasət
“Ölkədə güc sahibi olan MMP-yə də diqqət yetirilməlidir”

Hafiz Hacıyev: “Partiyalarla işi gücləndirmək üçün ortaya konkret mövqe qoyulmalıdır”

 

“Tək parlamentdə təmsil olunan partiyalarla yox, ölkədə kifayət qədər tərəfdarı, xalq arasında nüfuzu olan partiyalarla bu məsələlər müzakirə olunmalıdır, fikir mübadiləsi aparılmalıdır və bunun nəticəsi olaraq ölkədə partiyalarla işi gücləndirməkdən ötrü ortaya konkret mövqe qoyulmalıdır”.

 

Versus.Az xəbər verir ki, bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev prezidentin köməkçisinin siyasi partiyalarla görüşünə münasibət bildirərkən deyib.

 

Partiya sədri bu görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb:

 

“Bu proses çoxdan başlayıb və əgər xatırlayırsınızsa, Novruz bayramı ərəfəsində cənab prezident ölkədə çoxpartiyalı sistemin yayılması və digər strukturlarda müxalifətin təmsilçilik məsələsini gündəmə gətirdi və xalqla-dövlət arasında partiyaların rolunu önə çəkdi. İndi də bu proses davam edir və görülən işlər ölkə başçısının dediklərinin davamıdır. Artıq partiya sədrləri də Prezident Aparatında yaradılan Partiyalarla İş Şöbəsiylə danışıqlar aparıb. Danışıqlar sözdə yox, əməldə həyata keçirilməlidir. Tək parlamentdə təmsil olunan partiyalarla yox, ölkədə kifayət qədər tərəfdarı, xalq arasında nüfuzu olan partiyalarla bu məsələlər müzakirə olunmalıdır, fikir mübadiləsi aparılmalıdır və bunun nəticəsi olaraq ölkədə partiyalarla işi gücləndirməkdən ötrü ortaya konkret mövqe qoyulmalıdır”.

 

Parlamentə elə partiyalar var ki, bunların yerlərdə heç strukturları yoxdur

 

Partiyalarla videokonfransların keçirilməsinin təqdirəlayiq olduğunu qeyd edən MMP sədri onu da vurğuladı ki, təkcə Milli Məclisdə təmsil olunan partiyalar Azərbaycan xalqını təmsil etmir:

 

“Əsas partiyalar bizlərik və ortaya konkret mövqe qoyulmasını gözləyirik. İstəyirik ki, indiki partiyalar haqqında yeni qanunlar qəbul edilsin. Parlamentə elə partiyalar var ki, bunların yerlərdə heç strukturları yoxdur. Yaxud da elə partiya var ki, onun sədrinin qohumu Xarici İşlər Nazirliyində tutuldu və dedi ki, qohumum dövlətçiliyə xidmət etdiyinə görə onu danışdırmırdım. Bu məsələlər də araşdırılmalıdır. Biz Azərbaycanda müxalifət partiyası olaraq korrupsiyaya qarşı mübarizədə çox ciddi mövqeyimizi ortaya qoymuşuq, insanlara faktları sübut etmişik, ölkənin hüquq-mühafizə orqanları qərarlar qəbul edib. Yəni bu baxımdan biz həmişə dövlətin və dövlətçiliyin yanında olmuşuq”. 

 

“Öz seçdikləri partiyalarla dialoq aparmağın heç bir əhəmiyyəti olmayacaq

 

H.Hacıyev qeyd edib ki, Dağlıq Qarabağ məsələsi çox ciddi problemdir və otuz ildir bunu həll edə bilmirik. Dünya dövlətlərinin bizə qarşı olan ədalətsiz münasibəti göz önündədir:

 

“Ona görə də düşünürəm ki, ölkədə güc sahibi olan bizim patiyaya da diqqət yetirilməlidir. Hansı ki, zamanında dırnaqarası akademik Ramiz Mehdiyev bizə imkan vermədi. Yəni bizlərin də təklif və rəyləri nəzərə alınmalıdır. Yoxsa ki, özlərinin seçdiyi partiyalarla dialoq aparmağın heç bir əhəmiyyəti olmayacaq. Bu, xalq arasında ikrah hissi doğuracaq”.

 

“Strateji əhəmiyyətli bir nazirliyində belə hallar baş verirsə...”

 

Hafiz müəllim MMP olaraq ölkə başçısının səsləndirdiyi fikirləri dəstəklədiklərini və həmişə onun yanında olduqlarını da vurğulayıb:

 

“Bu gün hüquq-mühafizə orqanları çox ciddi addımlar atır, ancaq buna baxmayaraq korrupsiya baş alıb gedir. Ölkənin strateji əhəmiyyətli bir nazirliyində belə hallar baş verirsə, görün indi vəziyyət nə yerdədir. Dağlıq Qarabağ məsələsində ölkə başçısıyla bir yerdə olmalıyıq, torpaqlarımızı erməni işğalçılarından azad etməkdən ötrü əməliyyatların keçirilməsində onun “sağ əli” olmalıyıq. Ölkədə milli barışıqdan söhbət gedir. Bunu təmin edə bilsək, bizi gözləyən dağıdıcı inqilabların qarşısını ala bilsək, düşünürəm ki, Dağlıq Qarabağ məsələsini də həll edə biləcəyik". /moderator.az/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin