Əvəz Zeynallının projesi və alça turşusu

19:35 08-07-2020 | icon 2277 | Köşə
Əvəz Zeynallının projesi və alça turşusu

Bir də pəhriz həvəskarlarının gerçək siması

 
 
 

İGİD TEYMURLU

 
 

"Ya olduğun kimi görün, ya da göründüyün kimi ol". Əvəz Zeynallının etdiyi paylaşıma münasibət bildirən bəzi Qələm Əhli pəhrizdən danışsalar da, ancaq alça turşusuna olan sevgiləri bütün çılpaqlığıyla ortadadır...

 
 
Mahiyyət etibarilə Əvəz bəyin bu və ya digər məsələlərlə bağlı atdığı addımlar, düşündükləri, düşünüb etmək istədikləri təqdirəlayiqdir. Di gəl ki, fakturamızda olan qəribəlik bizi qabağa gedənə bic, geri qalanasa gic deməyə məcbur edir. Belə məcburetmələrsə həm də özü özümüzü bəyan etmənin bariz nümunəsidir. Əvəz bəyin jurnalistlərə ev verilməsi niyyətilə tərtib etdiyi siyahıda mən də öz adımı gördüm - Əvəz bəyə bu siyahıyla bağlı düşündüyümün bəzi detallarını bildirəndən sonra. Tahirə Qafarlı ilə Arzu Zeynallının da adını gördüm burada. Ancaq Talıb Əhədovun adına rast gəlmədim. Yəqin o da olar. Təşəkkürlər!..
 
 
Səhv etmirəmsə 1999-cu il olardı. Onda Zülfüqar Xeyirxəbər Müsavat Partiyasının qərargahında "Demkonqres"in toplantısından sonra bir siyahıya qol çəkdirirdi. Siyahı jurnalistlər üçün ev tikintisiylə bağlı dövlət başçısına ünvanlanacaq məktub üçün idi. O siyahıya imzamızı qoysaq da, ancaq belə şeylər o zaman adama yuxu təsiri bağışlayırdı. Və nəhayət o yuxular gerçək oldu. Ancaq heç Zülfüqarın öz halından belə xəbərim yox...
 
 
Sonradan Azərbaycan mətbuatının "qəlsəmələri" arasında özünə yer tapan Vüqar Səfərli kateqoriyasında olan mətbu infuzorlar Zərdabi ənənələriylə ədalət, humanizm prinsiplərinin ölməsinə səbəb oldu. Çoxumuzun haqqı nazildi, ancaq haqq üzülmədi. Bax o dönəmdə Əvəz Zeynallı Vüqarın içinin, içalatının iylənməsindən yazanda bizim dəyərli jurnalistlərin çoxu seyrəngahda idilər...
 
 
İndiki zamanda Əvəz Zeynallının jurnalistlər üçün xəyali ev bazarında da heç bir qorxulu və çəkinəsi bir şey yoxdur. Ancaq Əvəz bəyin sosial şəbəkədə etdiyi paylaşıma münasibət bildirənlərin çoxu özünə əl qatıb müxtəlif prizmadan çıxış edirlər. Nə bilim "jurnalistin haqqı çatmır", nə bilim "dövlət niyə jurnalistə ev verməlidir", nə bilim "mənim adımı çıxın"....və sair. İndi guya bunlar demokratik prinsiplərə, tolerant düşüncəyə, liberal dəyərlərə malik insanlardı da!!
Yapmayın da...
 
 
"Vətən məndən başlayır"sa və başlayır da, demək ki, mən öz vətəniminin sınırlarını qorumalı, onu daha da inkişaf etdirib gücləndirməliyəm – Azərbaycanım kimi.
 
 
Jurnalistə ev verilməsi də bax o sınırlar daxilindədir. Öyləsə, bu, nə yanaşma və nə düşüncə tərzidir!? Nədən “jurnalistin haqqı çatmır ev almağa”? Nədən “dövlət jurnalistə ev verməməlidir”?
 
Əslində bu düşüncənin özündə bir totalitarizm var.
 
 
Jurnalistin haqqı ancaq hansısa qəhbəyə, hansısa oğraşə möhtac olmaqdanmı keçir? Jurnalistə evi öz güvəndiyi, uğrunda can qoymağa hazır olduğu dövləti deyil, bəs kim verməlidir? Dövlət jurnalistlər da daxil olmaqla öz vətəndaşına sahib çıxmayacaqsa, heç şübhəsiz ki, bununla kandarda dayanıb Azərbaycana diş qıcayanlara bir şans verilmiş olur. Əfəndilər, siz nəyin peşindəsiniz, bütöv jurnalistikanın “beşinci kalon”un əsirinə çevrilməyininmi?
 
 
Dövlət dediyimiz şey əbədirir, hakimiyyətlərsə ötəridir. Diktatorlar da, şahlar da günün birində fani olurlar. Ancaq Baba kimi qarşısında baş əydiyimiz, Baba kimi problemlərimizi önləməyə çalışan Dövlətimizə elə Baba kimi də yanaşmalıyıq.
 
 
Dövlət Babadır, Babalığını da etməlidir, övladları üçün gərəkən nəsnələri yapmalıdır, vəssalam!
Əgər bu nəsnələr vətəndaşın evsizliyi, ev şəraitinin pisliyidirsə, zəhmət çəkib problemi həll etməli, vətəndaşı yuxarıda vurğuladığım kimi hansısa avropalı qəhbəyə, hansısa avropalı oğraşə möhtac etməməlidir. Dövlət öz vətəndaşına sahib çıxmalıdır, vətəndaşın Konstitusion hüquqlarını təmin etməlidir. Və bu hüquqların təminatçısı qismində dövlət başçısı Azərbaycan Konstitusiyasına, Qurana and içib. Demək ki, bunu qəbul etməyənlər vətəndaş olaraq jurnalistin hüquqlarını tanımadıqları kimi Konstitusiyaya və Qurana da böylə barmaqarası baxmaqdadılar. Təəssüf və yenə də təəssüf...
 
 
Dövlət veterana ev verə bilər (verməlidir də), dövlət əlilə ev verə bilər(verməlidir də), dövlət alimə ev verə bilər (verməlidir də), dövlət qaçqına ev verə bilər (verməlidir də), dövlət məcburi köçkünə ev verə bilər (verməlidir də), dövlət ürəyi də əllərinin içi kimi qabar-qabar olan fəhləyə ev verə bilər (verməlidir də).....amma dövlət jurnalistə ev verə bilməz, həə?! Çoxları bu ifadəni başqalarının adına çıxsa da, amma Böyük Çingiz Xan böylə söyləmiş: "Əsgəri qələbəyə aparan yol onun mədəsindən keçir". Həp böylə. Əgər bu gün bir jurnalist ev dərdi çəkəcəksə, əgər bu gün bir jurnalist xəstə övladının problemlərilə baş-başa qalacaqsa, əgər bu gün bir jurnalist "ağuya dönmüş çörəyə möhtac" olacaqsa, demək ki, onun mədəsi boşdur. Öyləsə, həmin jurnalist bu cəmiyyətdə hansı güclə "nəzarətçi it" funksiyasını yerinə yetirə bilər? Nədən sizlər jurnalistin problemlər məngənəsində sıxılmasında maraqlısınız? Yaxud nədən Sizlər o düşüncədəsiniz ki, əgər bir jurnalistə ev veriləcəksə, o andan etibarən bu jurnalist mövcud hakimiyyətin əl quzusuna çevriləcək? Nədən sizlər "babam mənə kor deyib, hər gələnə vur deyib" düşüncəsilə yaşamaqdasınız? Əgər bu hakimiyyət, yaxud bu müxalifət hansısa düzgün, yanlış addım atırsa, həmin addım jurnalist tərəfindən tam doğru yöndən cəmiyyətə çatdırılırsa, nədən sizlər bunu "hakimiyyətə, müxalifətə işverənlik" adlandırırsınız?
 
 
Söz və Qələm Əhlini heç kim sındıra bilməz. Sənin dilin publisistikadır. Sənə kimsə qadağa qoyursa, buyur Sözün Möcüzəsindən istifadə etməklə gerçəkləri, demək istədyin həqiqətləri ortaya qoymağı nümayiş etdir. Necə ki, bunu ANS-də çoxunuzun söydüyünüz Şahin Ağayev "Birinci Birincidir!" reklam çarxında təqdim etmişdi…
 
 
Lütfən, ya olduğunuz kimi görünün, ya da göründüyünüz kimi olun. Təqdim etdiyiniz pəhrizlə alça turşusundan danışmağınız gerçək simanız deyil və həm də gerçək simanızdır….

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi