Qəbir yerini rüşvətlə satanda YAXALANDI

19:43 08-07-2020 | icon 344 | Hadisə
Qəbir yerini rüşvətlə satanda YAXALANDI

Bakı şəhər Yasamal Bələdiyyəsində vergi agenti vəzifəsində işləyən Zaur Müslümovun qanunsuz hərəkətləri barədə müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.


Baş Prokurorluğun Mətbuat xidmətindən Versus.az-a verilən məlumata görə, müraciət əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində, iyulun 3-də Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 1 saylı Dağüstü qəbiristanlıqda Zaur Müslümov qəbir yerinin ayrılması müqabilində vətəndaşdan tələb etdiyi 3000 manat pul vəsaitinin 2300 manatını alarkən cinayət başında yaxalanıb.


İstintaqla Yasamal Bələdiyyəsində vergi agenti vəzifəsində işləyən Zaur Müslümovun öz qulluq mövqeyindən istifadə edib 1 saylı Dağüstü qəbiristanlıqda qəbir yerinin ayrılması adı ilə aldatmaqla vətəndaşı rüşvət qismində verməli olduğuna inandıraraq tələb etdiyi 3000 manat pul vəsaitinin 700 manatını iyul 1-də, qalan 2300 manatını isə iyulun 3-də qəbiristanlığın ərazisində almasına əsaslı şübhələr müəyyən edilib.


Qeyd olunan qanunsuz əməllərə görə Zaur Müslümova Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 29, 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluğa cəhd) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunaraq barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə və Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə məlumat verilməsini tövsiyə edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Pis vəkil, yaxşı vəkil və mükəmməl vəkil...

Qurban bayramının mahiyyət və FƏLSƏFƏSİ

Britaniya parlamentində Tovuz döyüşləri müzakirə olunacaq

Türkiyəli hərbçilər Gəncədə - VİDEO

20 məktəbə yeni direktor təyin edildi - SİYAHI

Azərbaycanda Qurban bayramı qeyd olunur

"Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək"

Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub

İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım - FOTO

Köhnə nazirlər - Kimlər gedib, kimlər qalıb...

Rayonlara gediş-gəliş bərpa edilir?

Birgə təlimlərdə iştirak edən hərbi qulluqçular üçün Qurban bayramı tədbiri təşkil olunub - VİDEO

Sabaha olan HAVA PROQNOZU

Şəhid general Polad Həşimovun adı ədəbiləşdiriləcək

Nazirliyə iki milyon manat vəsait ayrıldı - SƏRƏNCAM