Baş həkimin oğlu həbs olundu

19:51 08-07-2020 | icon 1007 | Hadisə
Baş həkimin oğlu həbs olundu

İyulun 7-də Sabirabad şəhərində 2 piyadanın ölümünə səbəb olan ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

Daxili İşlər Nazirliyindən Versus.az-a verilən məlumata görə, saat 13 radələrində sürücü Kamran Nəsirli idarə etdiyi «Mercedes Benz» markalı avtomobillə Sabirabad şəhəri Muğan prospektində hərəkətdə olarkən yolu keçən piyadalar Banı Əliyevanı və qızı Hədiyyəni  vurub, nəticədə piyadalar aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər. Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq bölməsində həmin gün Cinayət Məcəlləsinin 263.3. maddəsi ilə cinayət işi başlanaraq icraata verilib.  

 

İstintaq zamanı hadisə yerinə baxış keçirilib, şahid ifadələri alınıb və müvafiq ekspertizaları təyin edilib.

 

Sürücü Kamran Nəsirli cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulub, CM-nin 263.3. maddəsi ilə ona ittiham elan olunaraq müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabirabad rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçib.

 

Hazırda iş üzrə istintaq davam etdirilir. 

 

Qeyd edək ki, hadisəni törədən sürücü K. Nəsirli Sabirabad rayon Vərəm Dispanserinin baş həkimi Rasim Nəsirovun oğludur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol