Poliklinikanın şöbə müdiri koronavirusdan öldü

14:24 09-07-2020 | icon 485 | Sağlamlıq
Poliklinikanın şöbə müdiri koronavirusdan öldü

Bakı şəhəri Binəqədi rayonunda faəliyyət göstərən 25 saylı şəhər poliklinikasının birinci terapiya şöbəsinin müdiri Aida İsmayılqızı koronavirusdan vəfat edib.

 

Versus.az xəbər verir ki, poliklinikadan “Report”a bildirilib ki, A.İsmayılqızı iki gün əvvəl işə gələrkən səhhətində problemlər olduğunu deyib.

 

Məlumata görə, A.İsmayılqızı ötən gün kompüter tamoqrafiyası müayinəsindən keçib:

“KT müayinəsinin nəticəsində onda “buzlu şüşə” aşkar olunub. Evə qayıdandan sonra da vəziyyəti pisləşib və dünyasını dəyişib”.

 

62 yaşlı həkimin şəkər xəstəliyi də olub.

 

Poliklinikadan bildirilib ki, hazırda tibb müsəssisəsində koronavirusa yoluxan başqa tibb işçisi yoxdur.

 

Qeyd edək ki, mətbuatda həkimin xəstəxanada yer olmadığı üçün evdə boğularaq öldüyü yazılıb.

 

TƏBİB-dən isə bildirilib ki, bu barədə onlara heç bir şikayət daxil olmayıb:

“Hər hansı şəxs xəstəxana şəraitində müalicədən imtina edirsə yazılı halda bu barədə iltizam imzalanır. Konkret dediyiniz halla bağlı TƏBİB-ə şikayət daxil olmayıb”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin