Ayaz Mütəllibov Ramiz Mehdiyevi müdafiə etdi

07:03 10-07-2020 | icon 931 | Siyasət
Ayaz Mütəllibov Ramiz Mehdiyevi müdafiə etdi

Son günlər  ölkə mətbuatında, sosial şəbəkələrdə  Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda isə AMEA-nın prezidenti vəzifəsində çalışan akademik Ramiz Mehdiyevin ünvanına kəskin ittihamlar səngimir. 



Versus.az xəbər verir ki, hələ sovet dövründən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin fəallarından biri olan R.Mehdiyevin siyasi fəaliyyəti, şəxsiyyəti barədə məlumatlı olan respublikamızın 1-ci Prezidenti Ayaz Mütəllibov açıqlamasında müstəqil dövlət aparatında ən mühum vəzifələrdən birini tutmuş şəxs haqda mənfi fikirlər səslənməsindən təəssüf hissi keçirdiyini ifadə edib. 



“Təbii ki, ölkəmiz, dövlətimiz üçün ürəkaçan hal deyil. Öncə onu deyim ki, Ramiz Mehdiyev Heydər Əliyevə də, İlham Əliyevə də, eləcə də xalqa minnətdar olmalıdır ki, uzun illər bu cür bir yüksək vəzifədə çalışıb. Təxminən 25 il ərzində, iki Prezident dövründə dövlətdə ən yüksək etimada malik vəzifələrdən birini tutmuş Ramiz Mehdiyevin siyasi fəaliyyəti haqqında bu gün xoşagəlməz fikirlər səsləndirilməsi gözlənilməz və çox təəssüfləndiricidir. Halbuki o, fəaliyyəti və əməlləri ilə özünün iddia etdiyi kimi, sədaqətlə xidmət etdiyi hakimiyyətdəki digər vəzifə sahibləri üçün də nümunə olmalı, xalq və dövlət naminə sidqi-ürəkdən çalışmalı idi. Amma Ramiz Mehdiyev tərəfindən belə yüksək etimadın doğrulmamasından bəhs edən bu cür ictimai motivasiya çox təəssüf doğurur. Çünki söhbət yalnız hakimiyyətin nüfuzundan deyil, bütövlükdə dövlətin nüfuzundan gedir...” – deyə sabiq dövlət başçısı bildirib. /Moderator.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür