"Dialoqun səmərəli keçməsi üçün karantin rejiminin qurtarmasını gözləmək lazımdır"

10:34 10-07-2020 | icon 381 | Siyasət
"Dialoqun səmərəli keçməsi üçün karantin rejiminin qurtarmasını gözləmək lazımdır"

Fuad Əliyev: "Karantindən sonra iqtidar-müxalifət görüşü baş tutacaq"

 

Bu ilin əvvəlindən başlayaraq iqtidarla müxalifət arasında təmaslar sürətlə artmaqdadır. Ötən ilin noyabrında Prezident Administrasiyasının Siyasi Partiyalar və Qanunvericilik Hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılmasından sonra bu quruma rəhbər təyin edilən Ədalət Vəliyev demək olar ki, indiyə qədər ölkədə rəsmi qeydiyyatı olan bütün siyasi partiya rəhbərləri ilə görüşüb.

 

Gedən proseslərin fonunda uzun illərdir ki, qeydiyyatı olmayan partiyaların rəsmləşdirilməsində yaranan problemlər iki ay ərzində aradan qalxdı. Ard-arda 7 siyasi qurum qeydə alındı.

 

Bütün bunlardan çıxış edərək, koronavirusla əlaqədar ölkədə tətbiq edilən karantin rejimi aradan qaldırıldıqdan sonra iqtidarla müxalifət arasında böyük bir toplantının keçirilə biləcəyindən söz açılır. Hətta “virus araya girməsə, indiyə qədər artıq belə bir görüş baş tutmuşdu” deyə fikirlərə rast gəlinir. 

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədr Fuad Əliyev Prezident Administrasiyanın rəsmisi ilə birinci, tanışlıq xarakteri daşıyan görüşdə tam sərbəst şəkildə fikirlərini qeyd etdiyini deyib.

 

ALDP sədri müxalifət partiyaları olaraq üzləşdikləri problemləri Prezident Administrasiyanın rəsmisinin nəzərinə çatdırdığını vurğulayıb:

 

"Fikrimcə, olduqca səmimi bir görüş keçdi. Bu görüşdən sonra siyasi partiyalara münasibətdə hakimiyyət tərəfindən atılan addımları müsbət qiymətləndirirəm. Partiyaların verdiyi təkliflərin bəzilərini həyata keçiriblər. Bayram günlərində dövlət başçısının adından zəng vurub təbriklərin çatdırılması, dövlət başçısının məlum çıxışında iqtidar-müxalifət münasibətlərinin yeni fazaya keçməsi cəmiyyətimiz üçün yenilik idi. Karantinə baxmayaraq, yeni qeydiyyata alınan partiya sədrləri ilə görüş olub. Bu da onu göstərir ki, iqtidarın müxalifətə qarşı münasibətlərində yumşalma var. Karantin dövründə bu görüşləri davam etdirmək olardı. Amma hesab edirəm ki, iqtidar-müxalifət dialoqunun səmərəli keçməsi üçün karantin rejiminin qurtarmasını gözləmək lazımdır. Yəqin ki, karantindən sonra iqtidar-müxalifət görüşü baş tutacaq və bu davamlı olacaq. Ümid edirəm ki, bundan sonra baş tutacaq görüşlər bütövlükdə iqtidar-müxalifət danışıqlarına, demokratik cəmiyyət quruculuğunda irəliləyişlərə gətirib çıxaracaq”. /"Yeni Müsavat"/

 
 
LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları