"Pandemiya ilə mübarizədə biz də öz töhfəmizi veririk"

11:57 11-07-2020 | icon 1705 | İqtisadiyyat
"Pandemiya ilə mübarizədə biz də öz töhfəmizi veririk"

Babək Aslanov: “Bakı sərnişin nəqliyyatı pandemiya ilə mübarizədə ön cəbhədədir”

 

“Qlobal bəlaya çevrilən koronavirus pandemiyası ilə bağlı dünyanın əksər ölkələrində ciddi sosial-iqtisadi çətinliklər müşahidə olunur. Azərbaycanda isə ölkə başçısının həyata keçirdiyi sistemli tədbirlər sayəsində ölkəmizdə koronavirus pandemiyasının mənfi təsirləri daha az hiss olunmaqdadır. Xüsusilə iqtisadi sferada mühüm addımlar atılıb. Kiçik və orta sahibkarlığın iqtisadi dalğalanmalardan qorunması məqsədilə əhəmiyyətli iqtisadi paketlər işlənib hazırlanıb”.

 

 

Versus.Az xəbər verir ki, bu sözləri açıqlamasında paytaxtda sərnişin daşımasında fəaliyyəti ilə seçilən “Vətən-Az” Şirkətinin rəhbəri Babək Aslanov bildirib.

 

 

B.Aslanovun sözlərinə görə dövlətin bu dəstəyinə qarşılıq olaraq bu gün sahibkarların üzərinə də böyük məsuliyyət düşür:

 

“Sərnişindaşıma sahəsində fəaliyyət göstərən sahibkarlıq subyekti olaraq bildirim ki, bu gün bizim üzərimizə düşən məsuliyyət daha böyükdür. Lakin tənzimləyici qurum olaraq Bakı Nəqliyyat Agentliyinin təqdim etdiyi düzgün yanaşma, şəffaf idarəetmə sistemi Bakı şəhərində sərnişindaşımaların təşkilində möcvud çağırışlara operativ reaksiya verməyimizə imkan yaradır. Məhz bu yanaşmanın nəticəsidir ki, metronun çalışmadığı iki aydan artıq müddətdə sərnişindaşımaları ancaq avtobuslarla icra edildi. Hər gün maksimal sayda avtobusun xəttə çıxarılması əlavə olaraq ehtiyat avtobusların ayrılması özü-özlüyündə çox çətin, ağır bir prosesdir. Normalda bu işləri etmək üçün günlərlə vaxt sərf olunur. Həm avtobuslar hazırlanmalıdır, sürücülər təlimatlandırılmalıdır, marşrut xətti onlara tanıdılmalıdır. Ancaq bu gün bizim belə bir vaxt imkanımız yoxdur. Adi rejimdə bu gün bizi eyni zamanda həm sərnişinlərin həm də sürücülərin və qarajdakı personalın sağlamlığının qorunması üçün də tədbirlər görürük. Elə bu tədbirlərin nəticəsidir ki, bu gün sürücülər arasında qarajda çalışan personal arasında ciddi yoluxma halı yoxdur”.

 

 

Şirkət rəhbəri bildirib ki, bu qədər insan əməyinin sərf olunmasına baxmayaraq bəzən sosial şəbəkədə kimlərinsə rastlaşdığı bir hadisəni əlində əsas götürərək sərnişindaşımaların təşkilini hədəfə alması təəssüf doğurur:

 

“Bütün bunlar Bakı Nəqliyyat Agentliyinin bu gün şəhər nəqliyyatı üçün gördüyü işlərə ləkə yaxmaqdır, insanlarda çaşqınlıq yaratmağa xidmət edən lazımsız hərəkətlərdir. Amma bu cür hallar bizi işimizdən soyutmur. Biz bilirik ki, bu gün pandemiyanın ön cəbhəsindəyik. Bizim üzərimizdə böyük məsuliyyət var. Buna görə də bütün qüvvəmizlə Bakı Nəqliyyat Agentliyinin müəyyən etdiyi qaydada gündəlik sərnişinlərimizə xidmət edirik”.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı