"Mübariz Mənsimovun həbsdə olmasına təəssüf edirəm"

16:46 11-07-2020 | icon 587 | Siyasət
"Mübariz Mənsimovun həbsdə olmasına təəssüf edirəm"

Razi Nurullayev: "Türkiyənin bu məsələdə daha ədalətli mövqe tutacağına inanıram"

 

"Bu gün Prezident İlham Əliyev də narazılıqlarını dilə gətirir, xalqın yanında dayanır və xalqla birlikdə hərəkət edir. Mehriban xanım Əliyeva geniş ürəkli, xeyirxah bir ana, effektiv idarəçi və bacarıqlı dövlət xadimidir".

 

Versus.Az xəbər verir ki, bu fikirləri iş adamı Mübariz Mənsimovun ətrafında cərəyan edən proseslərlə bağlı açıqlamasında Milli Məclisin deputatı, Parlamentin İnsan Hüquqları komitəsinin üzvü, Azərbaycan-Finlandiya parlamentlərarası dostluq qrupunun rəhbəri Razi Nurullayev bildirib.

 

"Mən müxalifət düşüncəli olsam da, kəskin tənqidlər etsəm də, hər şeyi qara görməyin tərəfdarı deyiləm" deyən Razi Nurullayev bildirib ki, bu gün Prezident və Mehriban xanım xalqın yanındadır. Mübariz Mənsimov da bu xalqın oğludur və ürəyi vətəni ilə döyünür. O, bu gün də dövlətçiliyinin yanındadır:

 

"Mübariz Mənsimova qarşı diş qıcıyanlar, bilin ki, bu cür davranışlarınız dövlətə qarşıdır. Prezident və Birinci vitse-Prezident hər bir vətənpərvər oğluna sahib çıxıb və çıxacaq. Mübariz Mənsimov Ermənistana qarşı ən kəskin mövqedə dayanıb və Prezident İlham Əliyevin ən kəskin çıxışlarını bəyənib, təqdir edib. O, bu ölkənin dostu, qardaşı olub və olmaqda davam edir".

 

M.Mənsimovun həbsdə olmasına təəssüf etdiyini vurğulayan millət vəkili onun tezliklə azadlığa çıxacağına əminlik ifadə edib:

 

"Çox təəssüf edirəm ki, bu cür vətənpərvər oğul həbsdə yatır. İnşallah, o azad olunacaq, dostlarının yanına dönəcək və vətəninə, dövlətçiliyinə xidmətini davam etdirəcək. Qardaş Türkiyənin də bu məsələdə daha ədalətli mövqe tutacağına inanıram. Tezliklə Mübariz qardaşımızı azadlıqda görməkdə israrlıyıq!"

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı