"Vəzifədən gedənləri özbaşına buraxmaq olmaz"

22:13 11-07-2020 | icon 889 | Siyasət
"Vəzifədən gedənləri özbaşına buraxmaq olmaz"

Hafiz Hacıyev: "Qurban kəsəcəklər ki, şükür, milyardlar yığmışam gedim rahat yeyim"

 

“Vəziyyət bu gün ağırdır. Bizim bir məqsədimiz var və o da ölkədə dövlət çevrilişinin qarşısını almaqdır. Bu gün görürsünüz ki, xarici işlər naziri oranı erməni casus yuvasına döndərib, ermənilərlə qohum olub və onun bu gün nazir postunda qalması Azərbaycan dövləti üçün təhlükədir”.

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
 
 

"Arif Qasımov nəzir-niyaz paylamalıdır"

 
 
Partiya sədri vəzifədən gedən adamları özbaşına buraxmamağın vacibliyini vurğulayıb:
 
 
“İşdən azad edilən icra başçılarını və nazirləri özbaşına buraxmaq olmaz. Özünüz görürsünüz də Əbülfəs Qarayev və Elmar Məmmədyarov nələr edir. Sərhəd Xidmətində də korrupsiya faktları aşkar edilib. Bir çox sahələr var ki, bərbad vəziyyətdədir. Arif Qasımov vəzifədən belə salamat getməsinə görə nəzir-niyaz paylamalıdır. Görünür, onun nəzirini Zeynal Nağdəliyev çoxdan alıb. Vəziyyət bu gün ağırdır. Bizim bir məqsədimiz var və o da ölkədə dövlət çevrilişinin qarşısını almaqdır. Bu gün görürsünüz ki, xarici işlər naziri oranı erməni casus yuvasına döndərib, ermənilərlə qohum olub və onun bu gün nazir postunda qalması Azərbaycan dövləti üçün təhlükədir. İcra başçıları xırda məmurlarıdır və onların da başında Ramiz Mehdiyev dururdu. Siz görürsünüzmü ki, Kənd Təsərrüfatı Nazirliyində nələr baş verir, nazir müavinləri bir-birini bıçaqlayır. Bunların hamısını nəzərə almaq lazımdır. Bu oyunlarda Ramiz Mehdiyevin kurasiyasında olan deputatlar da iştirak edir".
 
 

"2003-cü ildən bəri dediklərim bu gün təsdiqini tapır"

 
 
MMP sədri qeyd edib ki, bu gün rəhbərlikdə olan adamların əksəriyyəti, xalqa xəyanət edən, vətəni satan, mənşəyi naməlum adamlardır:
 
 
"Onları da vəzifəyə Ramiz Mehdiyev çox ustalıqla yerləşdirib. İndi vəzifədən gedən adamlar qurban kəsib deyəcək ki, İlahi, sənə şükür, milyardlar yığmışam gedim rahat yeyim. Bu baxımdan vəziyyət təhlükəlidir və ciddi addımlar atılmalıdır. Mənim 2003-cü ildən bəri dediklərimin hamısı bu gün öz təsdiqini tapır”.
 
 
Qeyd edək ki, ölkə başçısı Bakı şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovu vəzifəsindən azad edib. /Moderator.az/
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol