Rəşad Mahmudov Cavid Paşayevin durumundan YAZDI

22:54 11-07-2020 | icon 859 | Sağlamlıq
Rəşad Mahmudov Cavid Paşayevin durumundan YAZDI

"Süni tənəffüs aparatında, dərin koma şəraitində müalicəsinin aparılmasına qərar verilib"

 

 

"Bildiyiniz kimi, Tibb Univerisitetinin Tədris Cərrahiyyə Kilinikasının Reanimasiya şöbəsinin müdiri 36 yaşlı Dr.Cavid Paşayev iyul ayının 1-dən COVİD19 virusuna yoluxub. Son günlərdə bütün müalicələrə baxmayaraq, səhhətində pisləşmənin müşahidə olunması, oksigen saturasiyasının kəskin şəkildə aşağı düşməsi və həkimimizə EKMO cihazından istifadə ehtimalı yarandığına görə 2 gün əvvəl Mərkəzi Gömrük Xəstəxanasının Reanimasiya şöbəsinə transfer olunub. İlk 24 saat ərzində səhhətində mənfiyə doğru çox şiddətli dəyişiklik olması bizim EKMO hazırlıqlarını etməyimizə səbəb oldu. Lakin, dünən axşam saatlarından etibarən, xəstədə arzuolunan müsbət dinamika müşahidə olunduğuna görə hələ ki, EKMO cihazı istifadə edilmədən, süni tənəffüs aparatında, dərin koma şəraitində müalicəsinin aparılmasına qərar verilib".

 

 

Versus.Az xəbər verir ki, bunu "facebook" hesabında millət vəkili, Dr.Rəşad Mahmudov yazıb.

 

R.Mahmudov bildirib ki, Cavid həkimin müayinələrində ağciyər tutulmasından əlavə, bu günlərdə çox nadir görsənən “Pneumomediastinum və dərialtı empizema"nın olması işi daha da çətinləşdirir:

 

"Bütün mövcud problemləri nəzərə alaraq, çox ciddi təqib altında və hər an yaranabiləcək situasiyalara görə hazırlıqlar görülmüş vəziyyətdədir. Ümid və arzu edirik ki, ən qısa zaman ərzində müalicəsində əldə etdiyimiz müsbət nəticələri Sizlərlə paylaşaq. EKMO cihazının istifadə olunub olunmamasının qərarı isə klinik və labarator gedişata görə mütəmadi qiymətləndirmə əsasında veriləcəkdir. Bu barədə yenilik olarsa, xəstəxanamızın mətbuat xidmətindən və eləcədə Facebook səhifəmizdən Sizlərlə paylaşmağa çalışacağıq".

 

 

R.Mahmudov qeyd edib ki, C.Paşayev timsalında bu gün yüzlərlə xəstə həm Mərkəzi Gömrük Xəstəxanasında, eləcə də digər xəstəxalalarda müalicə olunur:

 

"Əgər koronavirusu insanlığa qarşı bir müharibə adlandırırıqsa, Dr. Cavid Paşayev də bu müharibədə ön cəbhədə olan, gecə-gündüz demədən mübarizə aparan bir sərkərdə, bəlkə də generalımızdır. Cavid həkimin vəziyyəti başda Mehriban xanım Əliyeva olmaqla, ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Bu həm də ayrı bir məna kəsb edir. Müharibələrdə yaralanmış generalın yaşadılması həm də psixoloji hadisədir. Bu qədər çətin və ümidsiz vəziyyətdən çıxaraq ayaga qalxacaq Cavidlər həm də bu gün, bu mübarizəni ön cəbhədə əzimlə davam etdirən həkimlərimizə və səhiyyəçilərimizə stimul verəcəyi inancındayam.

Əzizimiz Cavid həkim, dəyərli dost!
Ümidlə yolunu gözləyən yüzlərcə xəstələrinin, səni sevən tələbələrinin, həmkarlarının, dostlarının və ən əsası isə ailənin adından səslənirəm:


“tezliklə sağal və ayağa qalx. Biz bu müharibədəki Qələbə Gününü səninlə qeyd edəcəyimizə ürəkdən inanırıq!"

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol