“Azərbaycan koronavirusla mübarizədə aktivdir”

10:49 13-07-2020 | icon 439 | Siyasət
“Azərbaycan koronavirusla mübarizədə aktivdir”

Lala Quliyeva: “İkinci dalğanın nə vaxt qurtarması bizim hamımızdan asılıdır”

 

“Dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində koronavirusla mübarizə sahəsində görülən işlər Azərbaycanın daxili və xarici siyasət məsələləri ilə bağlı geniş danışdı. Bütün görülən işlər, verilən qərarlar onu göstərir ki, Azərbaycan dövləti koronavirus təhlükəsi ilə mübarizədə aktivdir”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Qadınlar Komitəsinin sədri Lala Quliyeva bildirib.

 

Ölkəmizdə koronavirus təhlükəsi ilə bağlı məsələnin tam nəzarətdə olduğunu deyən ALDP QK sədrinin sözlərinə görə, hazırda koronavirusun ikinci dalğasını yaşamaqdayıq:

 

“İkinci dalğanın nə vaxt qurtarması bizim hamımızdan asılıdır. Yoluxma ilə bağlı son statistikalar ürəkaçan deyil və bu vəziyyət bizi narahat etməlidir. Sözsüz ki, xüsusi karantin rejimi bir çox sahədə bizim gündəlik fəaliyyətlərimizi məhdudlaşdırdı. Nəticədə biz bu gün böyük faciələrdən ilkin mərhələdə qoruna bildik”.

 

Lala Quliyeva modul tipli xəstəxanaların qısa müddətdə tikilməsini yüksək qiymətləndirdi:

 

“Son iki-üç ay ərzində bir neçə Modul tipli xəsəxanaların tikilməsi, xəstəxanaların ən müasir tibbi avadanlıqlarla təchiz olunması ölkəmiz üçün çox böyük təhlükə olan bu infeksiyanın geniş yayılmasının qarşısını almağa xidmət edir. Bununla yanaşı, hər bir vətəndaşımız daha məsuliyyətli olmalıdır. Baxın, bir xəstəni müalicə etmək üçün 10 həkim öz həyatını, sağlamlığını, yaxınlarının sağlamlığını risk altına atır. Artıq 5 aydan çoxdur ki, həkimlər evə gedə bilmirlər, yaxınlarını görmürlər. Ona görə hər birimiz karantin qaydalarına riayət etməliyik ki, həkimlər evə qayıtsınlar”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Baba Pünhanın vəfatından 20 il ötür

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI