Pandemiya müharibəsinə uduzan Ermənistan və...

20:56 13-07-2020 | icon 162 | Geopolitika
Pandemiya müharibəsinə uduzan Ermənistan və...

Əlisahib Hüseynov: "Paşinyan Azərbaycana qarşı gerçək müharibəyə başlamaqla vəziyyətdən çıxmağa çalışır"

 

"Dünən dövlət sərhədlərimizin Tovuz rayonu istiqamətində Ermənistanın silahlı qüvvələrinin həm artilleriya, həm də tank atəşlərindən istifadə etməklə, növbəti dəfə atəşkəsi pozaraq mövqelərimizi atəşə tutmasının pərdəarxası nədən ibarətdir? Rəsmi İrəvan bununla hansı niyyətləri güdürdü və həmin niyyətlərinə, məqsədinə nail oldumu? Mən dünən əsgərlərimizin düşməni geri oturtduğu saatlarda isti izlərlə yazdığım şərhdə düşmənin bu niyyətləri ilə bağlı fikirlərimi qısaca qeyd etmişdim. Bu gün fürsətdən istifadə edib bu məsələyə bir qədər daha geniş şəkildə toxunmaq istəyirəm".

 

Versus.Az xəbər verir ki, bunu dünən Ermənistanın silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində atəşkəsi pozması ilə bağlı şərhində Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.

 

Partiya sədri düşmən tərəfindən atəşkəs rejiminin hər gün pozulduğunu, buna artıq öyrəncəli olduğumuzu vurğulayıb:

 

"Biz artıq buna öyrəşmişik. Düzdür, əsas funksiyası məhz təmas xəttində atəşkəs rejiminin pozulması hallarının monitorinqinin aparılması olan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, xüsusi səfir Andjey Kaprşik Ermənistan tərəfindən atəşkən hər gün pozulduğuna göz yumsa da, amma bu reallıqdır və bu həqiqəti heç kim dana bilməz. Lakin pandemiya şəraitində baş verən dünənki atəşkəs pozuntusu heç də əvvəllər vərdiş etdiyimiz pozuntuların bir çoxu sıradan bir pozuntu deyildi. Budəfəki atəşkəs pozuntusu planlı, məqsədyönlü, ssenarili, sistemli bir təxribat idi. Odur ki, dünən sərhəddə baş verən olaylar özüylə bərabər bir sıra suallar da ortaya çıxardı.

İlk növbədə ondan başlayaq ki, Ermənistan bir müddət öncə BMT-nin Baş katibi A.Quttereşin pandemiya ilə əlaqədar olaraq dünyadakı münaqişə ocaqlarında tərəflərin 90 günlük atəşkəs rejiminə qoşulmasına çağırış etməsini az qala dördəlli dəstəkləyən və həmin vaxt Azərbaycanı təcavüzkarlıqda ittiham edən Ermənistan hökuməti indi birdən-birə nə baş verdi ki, BMT şefinin hələ mürəkkəbi qurumamış çağrışının ziddinə gedərək, Azərbaycana qarşı belə bir hərbi təxribata əl atdı? Bu ilk növbədə pandemiyanın Ermənistanda yaratdığı olduqca acınacaqlı, sarsıntılı vəziyyətdən irəli gəlir. Pandemiya müharibəsinə uduzan Ermənistan Azərbaycana qarşı gerçək müharibəyə başlamaqla vəziyyətdən çıxmağa çalışır".

 

Ə.Hüseynovun fkrincə, Paşinyan pandemiyanın Ermənistanı bu dərəcədə dərin bataqlığa sürükləyəcəyini gözləmirdi. Pandemiya “inqilabçı” Paşinyanla erməni cəmiyyəti arasında böyük uçurum və inamsızlıq, etimadsızlıq yaratdı:

 

"Bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanılır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Paşinyanın təcrübəsizliyi və səriştəsizliyi onsuz da mürəkkəb olan vəziyyəti bir qədər də gərginləşdirir. Paşinyan bu vəziyyətdən çıxmaq üçün təcili çıxış yolları axtarırdı. Dünən Ermənistan-Azərbaycan sərhədində baş verən təxribat da məhz buna - Paşinyan hakimiyyətinin xarici düşmən mövzusunu qabartmasına və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri bu yolla gündəmdən çıxarmasına, arxa plana atmasına hesablanıb.

Paşinyan hesab edir ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq. Amma bu tamamilə yanlış yanaşmadır, kökündən səhv proqnozdur. Paşinyana bu məsləhəti verən, belə bir avantürist fəaliyyət planını təqdim edən ekspertlər, müşavirlər əslində ciddi şəkildə yanılıblar. Çünki hazırda Ermənistanda hakimiyyətə qarşı həm xalqın, həm də müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Artıq Paşinyanın hakimiyyətinin süqutu prosesi geridönməz xarakter alır. Odur ki, Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdləri boş bir xülyadır. Bu cəhdlər hər hansı bir müsbət nəticə verə bilməz. Nəticə yalnız mənfi nəticə ola bilər və oldu da. Dünən Milli Ordumuz tərəfindən görülən adekvat cavab tədbirləri düşmənə həqiqətən də layiqli cavab oldu. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzduruldu, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi şəkildə zərər yetirildi və beləliklə, Ermənistanın təxribatna növbəti dəfə qətiyyətli cavab verilmiş oldu. Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib.

Ola bilsin ki, Ermənistan rəhbərliyi və generaliteti belə bir adekvat və qüvvətli əks-zərbəni gözləmirdi. Lakin cavab Aprel döyüşlərində olduğu kimi çox güclü və effektiv oldu. Düşmən ciddi şəkildə məğlubiyyətə uğradıldı. Ona görə də, növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyətinin indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti aldatmağa çalışması tamamilə təbiidir. Azərbaycan Ordusunun güclü cavab zərbəsindən pərt olan və diskomfort vəziyyətinə düşən Ermənistan hakimiyyətinin uydurmaları, ölənlər haqqında məlumatları gizlətməsi başa düşüləndir. Lakin Paşinyan hökumətinin bu cür riyakar davranışı, xüsusən də Müdafiə naziri David Tonoyanın dünənki insident nəticəsində baş verən ölüm faktlarını gizlətməyə çalışması Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurub. Düşmən ölkədə etiraz aksiyalarına başlanılıb, fəallar sosial şəbəkələrdə Ermənistan hakimiyyətini ciddi tənqid edirlər.

Paşinyan iqtidarı qaş düzəltmək istədiyi yerdə, necə deyərlər gözü də çıxardı. Azərbaycana qarşı hərbi təxribata əl atmaq yoluyla pandemiyanın yaratdığı həm sosial-iqtisadi, həm də siyasi böhrandan diqqətləri yayındırmaq istəyən Paşinyan, bu cür bərbad hərbi-siyasi taktikası ilə böhranı əksinə, bir qədər də dərinləşdirmiş oldu. Bu mənada, Ermənistanı hakimiyyətinin guya Azərbaycan hərbi bölmələrinin mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər əldə etməsi barədə irəli sürdüyü iddiaları da artıq Paşinyana kömək etmir. Yalan və dezinformasiyaların kölgəsinə sığınan Paşinyan bu cür yanlış taktikaları ilə hazırda Ermənistanda yaşanan gərginliyi bir qədər də qızışdırır. Paşinyan bir-birinin dalınca ciddi səhvlərə yol verir və suda boğulan, saman çöpündən yapışan adam misali, hətta feyk xəbərlər yaymaqdan, dünənki məğlubiyyətlərini qələbə kimi təqdim etməkdən, ucuz piara əl atmaqdan da çəkinmir. Ancaq Paşinyanın erməni ictimaiyyətini bu kimi sarsaq üsullar və manevrlərlə aldatması mümkünsüzdür. Artıq Ermənistan ictimaiyyəti, xüsusən də gənc fəallar, sosial şəbəkə istifadəçiləri Paşinyanın yalanlarını, iddialarını ironiya ilə qarşılayırlar".

 

DADP sədri qeyd edib ki, 2016-ci ildə də buna bənzər bir hal yaşanmışdı. Həmin vaxt Serj Sərkisyan da eyni səhvlərə yol vermiş və ölkəsindəki böhrandan diqqətləri yayındırmaq üçün cəbhədə avantüraya əl atmışdı:

 

"Lakin Azərbaycanın Silahlı Qüvvələri indi olduğu kimi həmin vaxt da yüksək döyüş əzmkarlığı ilə düşmən təxribatının qarşısını aldılar və Ermənistana şok yaşatdılar. Amma görünən budur ki, Nikol Paşinyan öz sələfinin acı aqibətindən düzgün nəticə çıxara bilmədi və eyni səhvi təkrarlamaq yolunu seçdi. Millətçilik bütün yaramazların son sığınacaq yeri olduğu kimi, müharibə və təxribatlar da Ermənistan rəhbərlərinin yeganə ümid yeridir.

Dünənki təxribatın heç şübhəsiz ki, geosiyasi anlamı da var. Məsələnin geosiyasi tərəfinə iki aspektdən yanaşa bilərik. Birinci aspekt Cənab Prezidentimizin bu yaxınlarda Azərbaycan televiziyalarına verdiyi geniş müsahibədə istər sülh danışıqlarının gedişatı baxımından, istərsə də Ermənistanın həm təmas xəttində, həm də sərhəddə tez-tez törətdiyi təxribatlara münasibət bildirmək baxımından Minsk Qrupunun fəaliyyətsizliyini tənqid etdi. İlham Əliyev haqlı olaraq beynəlxalq vasitəçilərdən Ermənistanın hər bir təxribatına vaxtında və təsirli reaksiya verilməsini tələb etdi. Həmin müsahibəsində dövlətimizin başçısı bir daha tutarlı dəlillər və məntiqi əsaslarla Ermənistanın işğalçı siyasətini ifşa etdi və dünya ictimaiyyətinə doğru-düzgün bilgilər verdi. Lakin Ermənistan hakimiyyətinin Azərbaycanın dövlət başçısının bu ədalətli ittihamlarına reaksiyası təəssüf ki, hər zamankı kimi bu dəfə də qeyri-konstruktiv və davakar məzmunda oldu. Ermənistan qəsdən sərhəddə təxribat törədərək, dünya ictimaiyyətini atəşkəsin məhz Azərbaycan tərəfindən törədildiyinə inandırmağa çalışdı. Lakin dünya ictimaiyyətini bu yalana inandırmaq mümkün deyil. Biz dünya mətbuatını, nüfuzlu xarici ekspertlərin dünənki təxribatla bağlı şərhlərini izləyirik, oxuyuruq. Heç kim Ermənistan hakimiyyətinin dezinformasiyalarına inanmır.

 

Ermənistanın atəşkəsi pozmasının, ağır silahlardan istifadə etməklə sərhəddə təxribat törətməsinin dgər geopolitik aspekti isə BMT-nin pandemiya ilə bağlı xüsusi sessiyası ilə bağlıdır. Təxribatın məhz bu sessiyaya hazlrlıq dövrünə təsadüf etməsi bir daha ənənəvi erməni xəbisliyini, xislətini ortaya qoyur. Belə ki, bu sessiyanın Azərbaycanın təşəbbüsü ilə icraya qəbul edilməsini Ermənistan rəhbərliyi heç cürə həzm edə bilmir. Çünki bu sessiyanın keçirilməsi ilə bağlı qərarın verilməsi prosesində Ermənistan təkləndi və rüsvayçı vəziyyətə düşdü. Zənnimcə, bu vəziyyət düşmən ölkənin rəhbərliyində həm məyusluq, həm də ciddi qəzəbə səbəb olub. Erməni xalqı heç şübhəsiz ki, Paşinyandan beynəlxalq siyasət müstəvisində Ermənistanın məruz qaldığı bu ağır məğlubiyyətin izahını, hesabını istəyəcəkdi. Paşinyan isə vəziyyətdən çıxış yolunu avantürada gördü. O, sərhəd təxribatı ilə həm erməni ictimaiyyətinin gözünə kül üfürməyə cəhd göstərdi, həm də dünyanın diqqətini Azərbaycanın təşəbbüsü ilə hazırlanmaqda olan mötəbər tədbirdən yayındırmağa çalışdı. Lakin fiasko ilə üzləşdi".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şimşək, külək, yağış, leysan…

Azərbaycan - Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - FOTO

Qənirə Paşayevanın vətənpərvərliyini yox, qolunu müzakirə obyektinə çevirənlər…

Avqustun 31-dək qüvvədə qalacaq -Sərt karantin

Operativ Qərargah rayonlara gediş-gəliş qadağası ilə bağlı qərar verdi

Azərbaycanda karantin rejimi yumşaldılır

Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağaldı, 241 nəfər yoluxdu

Koronavirusdan sağalanların sayı 11 milyonu keçdi

“Kökəlmələr, artıq cəkilər uşaqlıqdan başlayır”

“Ximioterapiya xroniki toksaplazmozun müalicəsində effektli deyil”

"Məktəblər 3 növbə sisteminə keçməlidir"

Şəhid Xəyyam Məmmədovun ata ocağı ziyarət edilib

Çılpaq ekstrim həvəskarı çaya baş vurmağa cəhd etdi - VİDEO

DİM rezidentura imtahanında iştirak edəcək şəxslərə müraciət edib

Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadıldı