Alimlər koronavirusun yeni yoluxma riskini aşkarlayıblar

09:19 14-07-2020 | icon 1114 | Sağlamlıq
Alimlər koronavirusun yeni yoluxma riskini aşkarlayıblar

Yerimə tempi və artıq çəki koronavirusun ağır formada inkişafı riski ilə əlaqəli ola bilər.

 

Versus.az xarici mətbuata istinadən xəbər verir ki, belə nəticəyə Britaniya alimləri gəlib.

 

Onların tədqiqatının nəticələri mətbuatda dərc edilib.

 

Alimlər 400 mindən çox britaniyalının sağlamlıq vəziyyəti haqqında məlumatları təhlil edərək belə nəticəyə gəliblər ki, piylənmədən əziyyət çəkən insanların 49 faizdən çoxunda koronavirus xəstəliyinin ağır formasının inkişafı riski mövcuddur. Bu halda mütəxəssislər qeyd edirlər ki, bədən quruluşundan asılı olmayaraq yavaş yeriyən insanlar daha çox risklə üzləşirlər.

 

Xüsusi halda, normal çəkiyə malik, saatda 4,8 kilometr sürətlə gedən insanlar, saatda 6,4 kilometr sürətlə gedənlərlə müqayisədə COVID-19-un ağır formasına yoluxma riskinə iki dəfə çox malikdirlər.

 

Beləliklə, tədqiqatçılar bu nəticəyə gəliblər ki, piylənmə dərəcəsindən asılı olmayaraq yerimə tempi koronavirusun ağır formasının riski amilidir.

 

Daha əvvəl Britaniyanın Tibbi Araşdırma Şurasının Molekulyar Biologiya Laboratoriyasının alimləri COVID-19 olan xəstələrdə ölüm riskini artıran bir neçə təhlükəli mutasiya aşkar ediblər. Öz növbəsində Çin tədqiqatçıları da nəticəyə gəliblər ki, COVID-19 infeksiyasından ölüm faizi riskini yüksəldən amillərdən biri də qanda şəkərin həddən artıq yüksək olması - hiperqlikemiyadır.

 

Qeyd edək ki, yeni koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

II Vətən Müharibəsində əldə olunmuş uğurların təməli və...

“Partiyamız Yeni Azərbaycan Partiyasını əvəzləyəcək”

“Bakı Metropoliteni”nin Müşahidə Şurasında DƏYİŞİKLİK

Zəfəri Nurlandıran NURLAN

İctimai Şuranın üzvləri nədən narahatdır? - MÜZAKİRƏ

Bu gün Ay tutulacaq

 Rusiya qəzetləri Azərbaycanı hədəfə alıb, orda Ukrayna...MÖVQELƏR

Vahid Əzizin "Param-parça illər..."i

İki dəhşətli xəstəliyin DƏRMANI

Qara dənizdə qorxu yaradan rəng dəyişimi

Bu yarpaqlar dizlərdə ağrını SAĞALDIR

Bu, infarktın əlaməti ola bilər

Deputat xəstəxanada qazimizi ziyarət etdi

Pərəstişkarlarını yenə şoka saldı

Milli Məclis Aparatında KADR DƏYİŞİKLİKLƏRİ