Ermənistan FHN əhalinin təxliyəsinə hazırlaşır

21:29 14-07-2020 | icon 372 | Dünya
Ermənistan FHN əhalinin təxliyəsinə hazırlaşır

Azərbaycanın Tovuz rayonunun yaşayış məntəqələrini intensiv atəşə tutması nəticəsində bu gün 76 yaşlı dinc sakinin həlak olması faktını etiraf edən düşmən, indi də şərəfsizcəsinə özünə bəraət qazandırmağa çalışır.



Versus.az  Musavat.com-a istinadən xəbər verir ki, Ermənistan rəsmilərinin iddialarına görə, Azərbaycan ordusunun artilleriya bölmələri Dondar Quşçu kəndindən “meşin” kimi istifadə edir. Düşmən ölkənin təmsilçiləri digər alçaq iddialar da səsləndirirlər. Onlar Tavuş vilayətinin kəndlərinin Azərbaycan ordusu tərəfindən artilleriya və minaatanlardan atəşə tutulduğunu iddia edirlər.

Bu arada Azərbaycan ordusunun nümayiş etdirdiyi qətiyyəti nəzərə alan işğalçı ölkə atəş nöqtəsindəki əhalini köçürməyə hazılaşır. Fövqəladə Hallar Nazirliyinin rəhbəri Feliks Tsolakyan bu gün xilasedici xidmətlərin şəxsi heyəti və ərazi bölmələrinin rəhbərləri ilə müşavirə keçirib. Bildirilib ki, son üç gün ərzində Ermənistanın həmsərhəd kəndləri “Azərbaycanın tərəfdən atəşə tutulur”. Buna görə də nazir Ermənistan hakimiyyətinin əhalinin etibarlı müdafiəsi üçün bir neçə variant üzərində işlədiyini qeyd edib. Feliksyanın sözlərinə görə, FHN zəruri hallarda sərhədyanı bölgənin əhalisinin evakuasiyasını həyata keçirməyə hazdırdır.



Müşavirədə Tavuş vilayətinin xilasetmə idarəsinin rəhbəri V.Pirumyan Azərbaycanla sərhəddəki vəziyyət və əhalinin müdafiə tədbirləri barədə məruzə edib. FHN rəhbəri bütün addımları yerli hərbi komandanlıqla əlaqələndirməyi tapşırıb.



Məlumata görə, hazırda bölgədəki kəndlərə qazın verilişi dayandırılıb. Bütün bunlar Ermənistan hakimiyyətinin çıxılmaz halda olduğunu göstərir. Eyni zamanda istisna deyil ki, məkrli düşmən digər təxribatçı addımlar da planlaşdırır. Bununla da Azərbaycanı mülki əhalini hədəfə almaqda günahlandırmaq, beynəlxalq aləmə növbəti dəfə şikayət etmək istəyir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol