"Biz gördük ki, uzanan sülh danışıqları heç bir nəticə vermir"

09:21 15-07-2020 | icon 316 | Siyasət
"Biz gördük ki, uzanan sülh danışıqları heç bir nəticə vermir"

Fuad Əliyev: "Dünyaya göstərdik ki, güclü ordumuz var və istənilən vaxt torpaqlarımızı azad etməyə qadirik"

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev "Kanal-13"-ə müsahibə verib.

 

Versus.Az həmin müsahibəni təqdim edir:

 

ALDP sədri müsahibəsində bildirib ki, beynəlxalq təşkilatlar bu məsələdə müəyyən qədər susur:

 

"Bu münaqişə başlayanda ALDP bu məsələnin sülh yolu ilə həllin tərəfdarı idi. Amma son 10 ildir ki, biz münaqişənin hərb yolu ilə həllin tərəfdarı olduq. Çünki biz gördük ki, uzanan bu sülh danışıqları heç bir nəticə vermir. Və beynəlxalq təşkilatların, bizim haqlı olduğumuza dair verdiyi bəyanatlar vaxtın uzadılmasına xidmət edir. Biz BMT TŞ-nın 4 qətnaməsini əsas tutaraq işğalda olan torpaqlarımızı azad etməliyik. Hakimiyyət daxilində də bu fikirdə olanlar çoxalır. Misal üçün Səməd Seyidovun “Bizim ATƏT-in Minsk qrupu ilə yollarımız ayrılacaq” fikirlərini müsbət qiymətləndirirəm.

 
“Niyə beynəlxalq hüquqa əsaslanaraq, topaqları azad etmirik” sualına ALDP sədri belə cavab verdi:
 
 
“Hakimiyyət uzun illərdir ki, sülh danışıqlarında iştrak edir. Və hesab edirdilər ki, bu məsələni sülh yolu ilə həll edə bilərlər. Və 2016-cı ildə aprel döyüşləri onu göstərdi ki, artıq hakimiyyət daxilində münaqişənin hərb yolu ilə həllinin tərəfdarları var. Aprel döyüşləri ermənilərə və beynəlxalq təşkilatlara bir ismarıc idi. Biz dünyaya göstərdik ki, bizim ordumuz var və biz istənilən vaxt işğalda olan torpaqlarımızı azad etməyə qadirik.”
 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı