Bu nə gülüşdür, cənab general?!

10:28 15-07-2020 | icon 1791 | Ədəbiyyat
Bu nə gülüşdür, cənab general?!

 

 

 

 

 

ÜLVİYYƏ ABIŞOVA

 

 

İctimai aktivist, Versus.Az-ın köşə yazarı Ülviyyə Abışova iyulun 13-dən 14-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərən düşmənlə şiddətli döyüşlər zamanı şəhid olan Azərbaycan Ordusunun general-mayoru, 1975-ci il təvəllüdlü Polad Həşimovun və digər şəhidlərimizin xatirəsini əziz tutaraq “Bu nə gülüşdür, cənab General” adlı şeir yazıb.

 

Bu şeir Polad Həşimovun timsalında bütün şəhidlərimizə ittihaf edilib. Həmin şeiri təqdim edirik:

 

 

Bu nə gülüşdür, cənab general?!

 

- Bu nə gülüşdür, cənab general?!
Şəhadət xəbərin yurdu ağlatdı...
Getdin, bir Şərəf yolu açdın ardınca,
Bir anda ucaldı şöhrətin-şanın,
Mərdliyin dillərdə dastantək gəzdi...
Qəlblərdə bir anda zirvəyə qalxdın...
Şərəf abidəsi ucaldı sənə...
O zirvə - abidə elə yerdə ki,
Ayaqlar altına düşməz heç zaman...
Bu nə gülüşdür, cənab general?!
Ruhun göylərə heç yetişmədən,
Ünün hər yerə çatdı bir anda...
Bu nə gülüşdür, cənab general?!
- Şəhadət müjdəsi qonmuş çöhrəmə...
-...
Qələbə müjdəsin də qoy versin bizə,
Alınsın Qarabağ, sevinsin ruhun
Bu şəhadətə...

 

/14.07.2020/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...