General Polad Həşimov və polkovnik İlqar Mirzəyev II Fəxri Xiyabanda dəfn olundu - FOTO
Azərbaycan ordusunun iyulun 14-də Tovuzda şəhid olan general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev dəfn olunublar.
Versus.az xəbər verir ki, generalın və polkovnikin cənazələri bu gün səhər saatlarında Bakıdakı II Fəxri Xiyabanda torpağa tapşırılıb.
Qeyd edək ki, iyulun 13-dən 14-ə keçən gecə düşmən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edib. Düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev də qəhrəmancasına şəhid olub.
***
09:00
Dünən səhər saatlarında Tovuz rayonu ərazisində şiddətli döyüşlər nəticəsində şəhid olan general-mayor Polad Həşimov II Fəxri Xiyabanda dəfn olunur.
Versus.az xəbər verir ki, dəfn mərasimində Prezident Admisintrasiyasının nümayəndələri, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak edirlər.
Xiyabanda orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yayılım atəşi açılıb.
Qeyd edək ki, general-mayor Polad Həşimov dünən səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub. Onun cənazəsi vida üçün ilk Qəbələdəki ata ocağına, daha sonra Sumqayıtdakı evinə gətirilib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"